Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Haaqa tribunalı Azərbaycan şəhərlərini bombalayan Ermənistana haqq verə bilməz”
“Haaqa tribunalı Azərbaycan şəhərlərini bombalayan Ermənistana haqq verə bilməz”

BMT Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Məhkəməsi), İrq ayrı -seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya əsasında Ermənistanın Azərbaycana qarşı işində müvəqqəti tədbirlərin tətbiq edilməsi barədə Ermənistanın vəsatəti ilə bağlı ictimai şifahi dinləmələr keçirəcək.

Dinləmələr 14 və 15 oktyabr 2021 -ci ildə keçiriləcək. Koronavirus infeksiyasına görə dinləmələr uzaqdan keçiriləcək.

Tanınmış vəkil, hüquq müdafiəçisi Əsabəli Mustafayev bildirib ki, Ermənistanın şikayəti əsassızdır: “Lakin hiss olunur ki, qarşı tərəf Azərbaycanı qabaqlamaq, öz hərbi cinayətlərini ört-basdır etmək üçün fəal işləyir. Mən bilmirəm ki, onlar Azərbaycana qarşı hansı materiallara istinad edəcəklər. Lakin tərcübəmdən deyə bilərəm ki, Azərbaycanda etnik qruplara qarşı diskriminasiya yoxdur. Bəli, Azərbaycanda insan haqları ilə bağlı müəyyən problemlər var və zaman-zaman biz də tənqid etmişik. Lakin hər hansı etnik qarşıdurmadan, ayrı-seçkilikdən söz gedə bilməz. Bu, Azərbaycan xalqının əsrlərlə formalaşan mentalitetinə də yaddır. Azərbaycan təcili surətdə topladığı faktları Haaqa tribunalına ​ göndərməlidir və qarşı tərəf layiqincə susdurulmalıdır. Haaqa tribunalı Azərbaycan şəhərlərini bombalayan Ermənistana haqq verə bilməz”.

O qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını illərlə işğal altında saxlayan bir dövlət kimi, özü məsuliyyətə cəlb olunmalıdır: “Gəncə, Mingəçəvir və Bərdəyə raket hücumları, eləcə də Tərtər, Ağdam və Füzuli istiqamətində davamlı olaraq dinc sakinlərin artilleriya atəşinə tutulması ilə bağlı faktlar beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. Mən eşitmişəm ki, bu istiqamətdə materiallar toplanılır, qiymətləndirmə aparılır. Amma bu işlər hansı səviyyədədir, bilmirəm. Görünür ki, Ermənistan və onu xaricdə dəstəkləyən qüvvələr daha cəld tərpənirlər”.

Ə.Mustafayevin sözlərinə görə, Azərbaycan bu istiqamətdə beynəlxalq ekspertlərin xidmətindən yararlanmalı olacaq: “Hələ torpaqlarımız işğal altında olarkən, Ermənistanın müxtəlif hüquq müdafiəçiləri Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə 1200 iddia qaldırmışdı. Azərbaycan tərəfdən isə bu olar, 30 maksimum 35. Hökumətin də bu işdə marağı olmalıdır. Təəssüf ki, beynəlxalq məhkəmələrlə işləməyi bacaran hüquq müdafiəçiləri ilə hökumət arasında münasibətlər heç də yaxşı deyil. Milli məsələlərdə əməkdaşlıq təmin olunmadıqca, informasiya məsələsində də, beynəlxalq instansiyalarda da Ermənistan bizdən bir addım irəlidə olacaq”.

Hərbi ekspert Elxan Şıxəliyevin fikrincə, Gəncə və Bərdə cinayətləri haqqında həqiqətlər dünyaya daha yaxşı təbliğ olunmalıdır.

“Bizim diasporçularımız da bu istiqamətdə fəalıq göstərməlidir. Aydın məsələdir ki, Ermənistan tərəfi hərbi cinayətlər törədib və bu əməllər hüquqi qiymətini almayıb. Eyni şeyi Azərbaycan törətsə idi, bəlkə də, bütün beynəlxalq təşkilatlar tərəfindən təzyiqlərə məruz qalardıq. Lakin beynəlxalq güclərin susqunluğu, biganəliyi təəccüb doğurur. Aydındır ki, Haaqa tribunalı siyasiləşmiş bir orqandır.​ Öz məğlubiyyətinə haqq qazandırmaq üçün günahkar axtaran Ermənistan hakimiyyəti də bütün mümkün rıçaqlardan faydalanmağa çalışacaq”, - deyə E.Şıxəliyev əlavə edib.

Rüfət Əhmədzadə, Bizmyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »