Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir: "Mixail Saakaşvili Gürcüstanda saxlanılıb"
Baş nazir: "Mixail Saakaşvili Gürcüstanda saxlanılıb"

“Bizim hüquq-mühafizə orqanlarımızın əməkdaşları axtarışda olan Mixail Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər”.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazir deyib ki, hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub və proses tam nəzarət altında idi.

***

19.48

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili saxlanılıb.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə axtarışda olan sabiq prezident Tbilisinin Qldani-Nadzaladevi rayonunda saxlanılıb.

M. Saakaşvilinin Gürcüstana qeyri-qanuni yollarla daxil olduğu bildirilir. (Apa.az)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »