Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kipr mətbuatı qəzəb yağdırır: “Qarabağ”a məğlubiyyət dözülməzdir
Kipr mətbuatı qəzəb yağdırır: “Qarabağ”a məğlubiyyət dözülməzdir

UEFA Konfrans Liqasının qrup mərhələsində Güney Kiprin “Omoniya” klubunun azarkeşləri “Qarabağ”ın qələbəsini həzm etməkdə çətinlik çəkirlər.

Bunu yerli mətbuatda yer alan materiallardan da aydın görmək olar. Dünən ilk qolu vuraraq önə çıxan “Omoniya” sonradan Azərbaycan tmsilçisinin 4 qolu ilə darmadağın oldu. Yerli idman mətbuatı bunu biabırçılıq adlandırır. Məşqçinin ünvanına tənqidlər səslənir. Onun “Omoniya”nın ötən illə müqayisədə daha güclü olması barədə daha əvvəl səsləndirdiyi fikir bütün tənqidlərin önündə gəlir. Bizimyol.info Kipr mətbuatından bəzi çıxarışları təqdim edir:

“Philenews” xəbər portalı yazır: “Konfrans Liqasının 2-ci oyun günündə "Qarabağ"dan aldığımız məğlubiyyət ağır və dözülməzdir. “Omoniya” oyunun əvvəlindən “Qarabağ”dan zəif olsa da, 40-cı dəqiqədə hesabı aça bildi. Amma ikinci hissədə Azərbaycan tərəfi “qaza basaqar” istədiyini etdi. Dörd qol vurdular (Kady 52, 94, Şeydayev 73, Medvedev 79).

Seçmə mərhələdə AEL-ə qarşı oynadığı vaxtlarla müqayisədə indi qat-qat güclü olan "Qarabağ" fərqli sürətlə hərəkət etdi. Azərbaycan komandası yarımmüdafiəçilərinin keyfiyyəti sayəsində topu gizlətdi və bizim müdafiəçilər topu izləyə bilmədilər. Səviyyə və texnika fərqinin olduğu aydın idi.

Əslində “Omoniya”nın “Qarabağ”dan zəif olması elə ilk yarıda göründü. Bir neçə dəfə Fabianonun qapısını təhdid etdilər. Azərbaycan furbolçuları çox yaxşı və sürətlə hərəkət edirdilər. Bu da topa sahib olma faizi (37-63) ilə təsdiqlənir.

İkinci hissədə “Qarabağ” ilk hissədən üstün, daha yaxşı və daha sürətli görünsə də, heç kim “Omoniya”nın dörd qol buraxacağını proqnozlaşdırmırdı”...

“Kathimerini” idman portalı “Bəs heyran olduğumuz komanda hara getdi?” başlıqlı materialda yazır: “Dünənki ilk ev oyunundan bir gün əvvəl baş məşqçi Henning Berq demişdi ki, hətta keçən ilkindən daha yaxşı vəziyyətdəyik. Amma dünənki matçın statistikasına və icmallarına baxanda vəziyyətin nə dərəcədə pis olduğunu anlayırıq. Keçən il heyran qaldığımız komanda hara getdi? İrəvanda “Ararat”ı, Varşavada “Legiya”nı, Serbiyada “Srvena Zvezda”nı məğlub edən polad kimi, məqsədyönlü, güclü və effektli komandanı nəzərdə tuturam”...

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› Deputatın təklifi qalmaqal yaratdı: “Bunlardan hər şey gözləmək olar”
››› Rusiyada bir həftə qeyri-iş günü elan ediləcək
››› Qərb Azərbaycanda İran şəbəkəsini niyə müdafiə edir... - Təhlil
››› Fransa mətbuatı Türkiyə dronlarını tərifləyir
››› İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul edib
››› Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən informasiya portalının rəhbəri və əməkdaşı həbs olunub
Son xəbərlər
Bütün xəbərlər »