Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ordusu Suqovuşanda Ermənistanın illərlə yaratdığı mifi darmadağın etdi”
“Azərbaycan ordusu Suqovuşanda Ermənistanın illərlə yaratdığı mifi darmadağın etdi”

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçərək Murovdağ və Talış yüksəklikləri, habelə Suqovuşan qəsəbəsini azad etməsindən bir il keçir.

Bizimyol.info bildirir ki, Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat edib. İki oktyabr tarixində Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutmağa başlayıb. Nəhayət Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz (Suqovuşan-red) kəndlərini tamamilə işğaldan azad edib. Azərbaycan Müdafiə Nazirliyi verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilmişdir. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib.

Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər çox çətin döyüşlər olub və Azərbaycan ordusunun bölmələri bu döyüşlərdə həqiqətən də fədakarlıq göstəriblər.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Bildiyiniz kimi, 2016-cı ildə aprel döyüşləri də həmin istiqamətdə gedib. Etiraf etməliyik ki, çox çətin döyüşlər olub və Ermənistan həmin əraziləri illərlə möhkəmlədib, bir neçə zolaqda uzanan beton istehkamlar, bunkerlər qurub. Düşmən həmin istiqamətdə çox böyük miqdarda canlı qüvvə və texnika toplamışdı. Onlar bəzi yerlərdə hətta 5-6 zolaq beton səddlər tikmişdilər. Digər tərəfdən, o ərazilər minalarla dolu idi. Bu əməliyyatı uğurla həyata keçirmək üçün, ciddi koordinasiya və kəşfiyyat lazım idi. Bu istiqamətdə Azərbaycanın mühüm güc strukturları səfərbər olundu. Xüsusi təyinatlılar da bu döyüşlərdə unudulmaz rəşadət göstərdilər”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, Ermənistan Ordusunun 10-cu dağatacısı diviziyasının 6-cı dağatıcı alayının Suqovuşanda darmadağın edilməsi düşmən üçün “soyuq duş” oldu: “Əvvəlcə Murovdağ və Talış yüksəklikləri, daha sonra Suqovuşan qəsəbəsini azad etməklə, Azərbaycan ordusu Ermənistanın illərlə yaratdığı mifi darmadağın etdi. Elə ilk günlərdən döyüş meydanının on mindən Ermənistan hərbçisi tərk etdi. Qarşı tərəf müxtəlif vasitələrlə öz cəmiyyətini aldatmağa çalışsa da, zaman bütün yalanların üstünü açdı. Sonradan Ermənistan generalları da bu və digər həqiqətləri etiraf etdilər”.

E.Şıxəliyev qeyd edib ki, müharibədə nöqsan və problemlərin olması labüddür: “Əlbəttə ki, müəyyən nöqsan və problemlərdən söz gedə bilər. Lakin müharibənin gedişində iki birlik komandiri – generalların vəzifəsindən azad edilməsi də göstərir ki, ölkə rəhbərliyi vəziyyəti şəxsən nəzarətə götürmüş və özü də mətbuata dediyi kimi, bəzi planlara dəyişikliklər edilmişdi. Lakin düşünürəm ki, Azərbaycan silahlı qüvvələri öz imkanları, ərazilərin relyefi, düşmənin istehkamlarını nəzərə aldıqda nə edə bilərdisə, onu və hətta artığını etdi. Bəzən suallar verilir ki, niyə qoşunlarımız şimaldan irəliləmədi, amma cənubdan irəlilədi”.

Hərbi ekspert hesab edir ki, kimə harda dayanmaq və ya hardan irəliləmək tapşırılmışdısa, o da edilib: “Şimalda düşmənin hərəkəti nəzarətdə saxlanılıb, sarsıdıcı zərbələr endirilib. Cənubdan da çox çətin döyüşlər nəticəsində qoşunlarımız Qubadlıya, Laçına qədər irəliləyib. Düşmən Füzuli və Cəbrayıl istiqamətində çox böyük qüvvə toplamışdı. Ən çətin müqavimətlə də, ordumuz Horadizdən çıxıb Soltanlı-Nüsgər istiqamətində gedərkən üzləşib. Ərazidə 6 zolaq beton səddlərdən savayı, Ermənistan ordusunun minlərlə canlı qüvvəsi darmadağın edilib.​ Onlar o səddlərə o qədər arxayın idilər, hətta düşünürdülər ki, biz gedib yatsaq belə, Azərbaycan ordusu bu sədləri keçə bilməyəcək. “Ohanyan xətti” adlanan bu səddi keçmək üçün çətin, düşünülmüş və planlı döyüşlər aparılmalı idi. Və Azərbaycan Silahlı Qüvvələri bu vəzifənin öhdəsindən məharətlə gəldi”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »