Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda Bitcoinin gələcəkdə beynəlxalq ödəniş vasitəsinə çevrilməsi mümkündür"
"Azərbaycanda Bitcoinin gələcəkdə beynəlxalq ödəniş vasitəsinə çevrilməsi mümkündür"

Son illərin ən çox müzakirə edilən investitsiya vasitələri olan kriptovalyutalar, ənənəvi maliyyə sistemlərinin hədəfi vəziyyətindədir. İnsanların kriptovalyutalara investitsiya yatırması və bu sektordakı ümumi bazar həcminin 2 trilyon dollar olması ənənəvi dünya nizamını təhlükə qarşısında qoyur. Xüsusilə, hökumətlər və maliyyə sistemlərini idarə edənlər kriptovalyutalara qarşı qərarlı mövqe sərgiləyir.

ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Cerome Povel kriptovalyutalarla bağlı yeni açıqlama verib. Kriptovalyutaları qadağan etmək kimi niyyətlərinin olmadığını deyən Povel, problemin stabil coinlərdə olduğunu və dəyişikliklər edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Bu gün dünya bazarlarında ən dəyərli kriptovalyuta Bitcoindir. Bilməyənlər üçün deyək ki, Bitcoin hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünyada bir çox maliyyə sistemlərinin Bitcoinlə idarə edilməsi ilə yanaşı, yaxın gələcəkdə Bitcoinin kağız pulu əvəz edəcəyi düşünülür. Hazırda maliyyə bazarında lider olan Bitcoin, oktyabr ayına yükəslişlə başlayıb. Belə ki, BTC gün ərzində 47 min 795 dollara qədər yüksəlib. Bu isə bir gündə 4 min dollar yüksəliş deməkdir.

Bitcoini rəsmi pul vahidi olaraq qəbul edən ilk və bu gün üçün tək ölkə olan El-Salvador, Bitcoin mədənçiliyinə də başlayıb. Dövlət rəhbəri Nayib Bukkele, test və sınama mərhələrinin davam etdiyini və ilk əməliyyatın uğurla həyata keçirildiyini bildirib.

Kriptovalyuta təhlilçiləri, Bitcoin qiymətlərinin oktyabr ayında da yüksək olacağına inanırlar. Stock to Flow modelinin yaradıcısı PlanB Bitcoin üçün oktyabr ayında yüksəlişin 63 min dollar olacağı proqnozunu verib.

Azərbaycanda isə, BTC-nə inam o qədər də güclü deyil. Yəni, dövlət və azərbaycanlı sahibkarlar BTC-yə sərmayə yatırımı etməkdə bir qədər tərəddüd edir.

Pərviz Heydərov Pərviz Heydərov

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, Bitcoinlər gələcəkdə bütün pul vahidlərini əvəz edərək beynəlxalq ödəniş vasitəsinə çevriləcək. Yəni, bu reallıqdır. Amma.. Bu yaxın gələcəkdə belə olacaq. Azərbaycanda isə, Bitcoinin leqallaşması hələ ki, inandırıcı görünmür. Çünki Azərbaycan iqtisadiyyatı bir tərəfli şəkildə inkişaf etmiş xarakter daşıyır:

"Bizim iqtisadiyyatın aparıcı qüvvəsini neft-qaz sektoru təşkil edir. Ölkənin, dövlətin gəlirlərinin əsas mənbəyini xam neft satışı və neft məhsullarının satışı təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı birbaşa olaraq ABŞ valyutası olan dollara bağlı sayılır. Bu səbəbdən də Azərbaycanda Bitcoinə yanaşma tərzi qeyri-inandırıcı xarakter daşıyır. Bununla belə, Azərbaycanda Bitcoinin gələcəkdə beynəlxalq ödəniş vasitəsinə çevriləcəyinə inanılır".

Ekspert qeyd edir ki, BTC maliyyə bazarında əsas atribut olacaq. Amma BTC-yə investisiya qoymaq, pul yatırmaq kifayət qədər riskli hesab edilir. Bu səbəbdən də ölkə və sahibkarlar bu sahədə çox ağıllı səbrli neytral mövqe nümayiş etdirirlər.

"Zaman keçdikdə, Azərbaycanda da BTC-nin leqallaşması və ona investisiya qoyulmasının şahidi olacağıq". - deyə P.Heydərov əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »