Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda susuz qalan 25 ailənin 6200 manat borcu var
Yevlaxda susuz qalan 25 ailənin 6200 manat borcu var

Yevlax rayonunun Qaraməmmədli kəndində 25 evdə yaşayan təxminən 120 nəfər sakini su problemi ilə üzləşiblər.

Kənddə 3 il ərzində subartezian quyusu vasitəsi ilə içməli və həyətyanı sahələrin suvarılmasına istifadə etdikləri suya görə borc yaranb. Su kanal idarəsinin balansında olan subartezian quyusunun elektrik enerjisi sərfiyyatına görə idarəyə 6200 manat borc yığılıb.

Araşdırma zamanı məlum olub ki, bu illər ərzində əhali tərəfindən istifadə edilən suyun dəyəri Su kanal idarəsinə ödənilməyib. Yaranan borc məbləği ödənilmədiyi üçün subartezian quyusu “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən elektrik xəttindən ayrılıb.

Kənd sakinləri problemin həll edilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlər aidiyyatı qurumların rəhbərliyi tərəfindən dəfələrlə qəbul ediliblər və onlara qanunamüvafiq  izahatlar verilib.

İzahatlarla qane olmayan sakinlər məsələni sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirərək problemin həll edilməsini istəyiblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »