Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya hökuməti əhalini fəlakətə hazırlayır - Video
Almaniya hökuməti əhalini fəlakətə hazırlayır - Video

Avropada qaz qiymətlərinin artması fonunda Almaniya Əhalinin Müdafiəsi və Təbii Fəlakətlərə Yardım Federal İdarəsi (BBK) vətəndaşların enerji təchizatında problem yaşayacaqları halda nə etməli olduqlarına dair bir videoçarx yayımlayıb.

Bizimyol.info xəbər verir ki, Departamentin Twitter-də yayımlanan videosunda əvvəlcə şam işığında oturan və üşüyən bir qadın görünür. Sonra o, qalın üst geyimlərini və əlcəklərini geyinir, şarf bağlayır. Bundan sonra qadın pəncərələri izolyasiya üçün folqa ilə bağlayır və özü öz əlləri ilə kiçik bir "soba" hazırlayır.

Videonun gözlənilməz enerji kəsilmələri ilə müşayiət olunana fəlakət halları üçün maarifləndirici xarakter daşıdığı bildirilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »