Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərdə din hansı formada tədris olunsun...
Məktəblərdə din hansı formada tədris olunsun...

Din cəmiyyətin ən zərif halqasıdır. İstənilən cəmiyyəti bu halqadan istifadə edərək parçalamaq və ya istənilən istiqamətə yönləndirmək olar. Süni intellekt əsrində yuxarı siniflərdə hüquq, maliyyə, fəlsəfə tədrisi vacibdir, heş bir sual və problem doğurmamalıdır. Həyata hazır və müxtəlifliyi qəbul etməyə açıq fərdlərin yetişməsi lazımdır. Dünyanın, adətlərin və inancların müxtəlifliyi haqqında normal məlumatlar çatdırmaqla gənclərdə hansısa savadsız fanatikdən eşitdiklərini mütləq həqiqət olaraq qəbul etməmək, təsirə düşməmək üçün mexanizm formalaşdırmaq olar. Qanunu bilməmək məsuliyyətdən azad etmədiyi kimi məlumatlandırmamaq, öyrətməmək də pis nəticənin, küt fanatiklərin olmayacağına qarantiya vermir.

Bir müddət öncə məktəblərdə Din tarixi fənninin tədrisinə başlanması fikir ayrılıqları yaratdı və cənab Mübariz Qurbanlı bu fikri müdafiə edərək, əsaslandırmağa çalışdı. Bir çox ekspertlər hesab edirlər ki, məktəblərdə təbiət dərslərini ləğv edib əvəzində diin tədris etmək düşmənçilikdir.

"Astronomiyanı kim ləğv etdirdi? Həmin dini mafiya. Nə var dini kitablarda - yer yastıdır və yalnız Ərəbistan yarımadasından ibarətdir. Gün və bütün dünya isə yerin başına fırlanır. Tədrisin fəlsəfə məzunları tərəfindən aparılması şərtilə mifologiyadan tutmuş, sintoizm qarışıq bütün dinlərin tarixi, doqmaları, fəlsəfi cərəyanlar haqqında tərəfsiz məlumatlar, yazdığınız elmi ateizmə bənzər bir proqram şərtdir. Hazırkı şəraitdə məlumatsızlıq, oxşarlığı sorqulama bacarıqlarının olmaması həqiqətin yalnız bir mənbədə formalaşdığına dair əminlik və bundan sonrakı səviyyədə isə fanatizmi formalaşdırır.

Fəlsəfə tədris oluna, müəyyən hissəsində isə din fəlsəfəsi adı altında bütün dinlər haqqında faktoloji və tərəfsiz məlumatlar çatdırıla bilər. Belə kompleks yanaşma ilə sorğulama bacarıqlarını inkişaf etdirib fanatizmin qarşısını ala bilərikmi? Din tarixi adında nəsə fikirləşmişdilər. İfrat səhv yanaşmadır. Hər müəllim öz təriqəti nöqteyi-nəzərindən tədris edəcək". Bu fikri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib.

Sahib Məmmədov Sahib Məmmədov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə cavab olaraq bildirib ki, son illər ərzindəki uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycandakı bütün məscidlərdə rəsmi dini icmalar fəaliyyət göstərir, hər hansı qeyri-qanuni fəaliyyət və yaxud radikal təbliğat aparılmır.

Eyni zamanda, ölkəmizdə digər aidiyyəti qurumlarla birgə, o cümlədən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Bundan əlavə, İctimai televiziyada, Mədəniyyət Tv-də, Space Tv-də Dövlət Komitəsinin layihəsi olan, dini-mənəvi dəyərlərimizi təbliğ edən proqramlar yayımlanmaqdadır.

Ancaq təəssüf ki, yenə də vaxtı ilə müəyyən zərərli dini cəryanların qurbanına çevrilmiş, onlar tərəfindən "beynləri yuyulmuş" şəxslərə rast gəlinməkdədir.

Şübhəsiz ki, mütləq elm, həqiqi İslam cəhalətə, radikalizmə qalib gələcək. Hər iki təriqətin olduğu cəmiyyətlərdə din tədrisi xüsusi həssas yanaşma tələb edir. Çünki hər müəllimin öz dini baxışı və öz təriqəti var. İslam tarixində və ya xilafət tarixində baş verən hadisələri (Məsələn, Kərbəla faciəsini) hər müəllim öz təriqəti prizmasından izah edəcəksə, onda şagirdlərdə mütləq dini dezorientasiya yaranacaq. Bu birmənalıdır. Sovet vaxtı elmi ateizim tədris olunurdu. Onun tərkibində din tarixi də öyrədilirdi. Yalnız bir prizmadan . Pis idi ya yaxşı - başqa məsələ. Əsas odur ki, vahid yanaşma var idi.

1991-1996-cı illərdə Dinşünaslıq dərsi bir semestr keçilirdı.Tərəfsiz proqram idi.Ümumi məlumat verilirdi. Din tədris olunsa da, o şəkildə olmalıdır, qısa, tərəfsiz məlumat.Ən əsası da dinə elmi baxış sərgilənməlidir. Nağıllar gerçək kimi təqdim olunmamalıdır.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »