Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Təhlükəsizliyi Komitəsi işçisinin güllələnməsinə Lukaşenkodan reaksiya
Dövlət Təhlükəsizliyi Komitəsi işçisinin güllələnməsinə Lukaşenkodan reaksiya

Belarus prezidenti Aleksandr Lukaşenko bu həftə xüsusi əməliyyat zamanı təhlükəsizlik əməkdaşının öldürülməsindən sonra xüsusi xidmət orqanlarının dəqiq işləyəcəyini, radikal şəxsləri müəyyən edəcəyini və bütün cəbhə boyu təmizləmə işlərinin başlamayacağını söyləyib.

Bizimyol.info Belarus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı respublika Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) potensial olaraq terrorla əlaqəli insanların yerləşə biləcəyi ünvanları yoxlamaq üçün xüsusi əməliyyat keçirərkən DTK işçisi ölümcül yaralanıb. Sonradan həmin əməkdaş vəfat edib. Atəş açan şəxs cavab atəşi ilə öldürülüb.

"Xidməti vəzifəsini yerinə yetirərkən adam öldürülməsi" maddəsi ilə cinayət işi başlanıb. Daha sonra Belarus İstintaq Komitəsi bildirib ki, "cinayəti lentə alan və onun törədilməsinə kömək edən" kişinin 40 yaşlı arvadı DTK zabitinin öldürülməsində iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »