Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anasını çəkiclə öldürən oğul haqqında qərar: həbsxanaya göndərilmədi
Anasını çəkiclə öldürən oğul haqqında qərar: həbsxanaya göndərilmədi

Mingəçevirdə anasını çəkiclə öldürməkdə ittiham olunan İslam Əhmədovun məhkəməsi yekunlaşıb. Onun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Bizimyol.info xəbər verir ki, məhkəmə 40 yaşlı İslam Əhmədovun anasını anlaqsız vəziyyətdə öldürdüyü nəticəsinə gəlib. Onun psixiatriya xəstəxanasında stasionar qaydada məcburi müalicəyə cəlb olunması barədə qərar çıxarıb.

1948-ci il təvəllüdlü Afaq Əhmədova Mingəçevirdə Nizami küçəsi 13, mənzil 5 ünvanında yerləşən evində qətlə yetirilib.

İslam Əhmədovun 1998-ci ildən psixi xəstəliyə düçar olduğu, 2001-ci ildən “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyata alındığı bildirilir. Onun psixoloji vəziyyətinin gərginləşməsinin qarşısını almaq məqsədilə həkim-psixiatr ona dərman qəbulunu tövsiyə edib. Lakin o, dərman imtina edib. 1948-ci il təvəllüdlü anası ilə mübahisə də bu səbəbdən başlayıb və İslam Əhmədov çəkiclə onun başına üç dəfə zərbə vuraraq, qətlə yetirib.

İslam Əhmədov psixatriya xəstəxanasında olduğuna görə məhkəmədə iştirak etməyib. O, istintaq zamanı ifadə verib və deyib ki, dərmanları heç vaxt könüllü qəbul etməyib, anasının təkidi ilə içib. Bu səbəbdən aralarında mütəmadi mübahisələr olub. Hadisədən təxminən iki həftə əvvəl belə mübahisələrin birində anasını vurub. Bu qalmaqaldan sonra Mingəçevir şəhər Polis Şöbəsində araşdırma başlayıb, ardınca dispanserə yerləşdirilib. Orada həkimlər yeni resept yazıb, evə buraxıblar.

Yanvarın 1-də səhər tezdən Afaq Əhmədova yenə dərman içməli olduğunu xatırladıb, o isə imtina edib. Bir qədər sonra təkrar yadına salanda İslam Əhmədov anasını öldürmək qərarına gəlib. Eyvandan çəkic götürüb, divanda əyləşmiş anasının başına vurub. Anası ilk zərbədən sonra huşunu itirib, divana uzansa da, İslam Əhmədov sakitləşməyib. Onun ölməsi üçün daha bir neçə dəfə zərbə vurub.

Anasının öldüyünə əmin olandan sonra qonşuya gedib, belə bir hadisə törətdiyini xəbər verib.

“Dərman içməkdən bezmişdim, mənə pis təsir edirdi. Amma əməlimdən peşmanam...”, - İslam Əhmədov belə deyib.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »