Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir arvadını güllələyən polislə bağlı əmr verib
Nazir arvadını güllələyən polislə bağlı əmr verib

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

Lent.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, İsmayıl Məmmədov 24-cü Polis Şöbəsinə ondan şikayətə gələn arvadı, 26 yaşlı Xanım Məmmədovanı tabel silahı ilə güllələyərək öldürüb.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »