Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi dispanserlərdə rüşvəti nəzərə alsaq, xəstələrin 1000 manata yaxın pulu çıxır"
"Bəzi dispanserlərdə rüşvəti nəzərə alsaq, xəstələrin 1000 manata yaxın pulu çıxır"

Daxili İşlər Nazirliyinin yayımladığı məlumatlara istinadla deyə bilərik ki, son zamanlar narkotik cinayətlərinin sayı artıb. Və təəssüf ki, bu cinayətlərin iştirakçıları arasında qadınlar da yer alır.

Narkomaniya üzrə ekspert Emil Maqalovun sözlərinə görə, narkotik cinayətləri indi artmayıb, bu problem uzun illərdir ki, var.

Emil Maqalov Emil Maqalov

"Bu problem əvvəldən mövcud idi. Sadəcə olaraq, son zamanlar narkotik cinayətlərin bu qədər diqqətdə olması ondan irəli gəlir ki, iki il idi ki, pandemiya səbəbiylə karantin rejimi idi. Hər yer bağlı idi. Narkotacirlər, narkomanlar əsasən yay vaxtı daha aktiv olur. Karantin rejiminin yumşaldılması, sərhədlərin açılması, hamısı yay vaxtına təsadüf etdi. Karantinin yumşaldılması, insanlara azadlığın verilməsi fonunda narkotik cinayətləri gözə çarpmağa başladı".

Ekpsert bildirir ki, o, layihələrlə bağlı müxtəlif ölkələrdə olur. Və Azərbaycanda vəziyyət ətraf ölkələr - Dağıstan, Gürcüstan və s. ilə müqayisədə dəfələrlə yaxşıdır. Bu da, DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin səyləri nəticəsindədir. Daxili İşlər Nazirliyinin yayımladığı məlumat xarakterli videolarda, narkotik vasitələrin satışı ilə məşğul olan qadınlara da rast gəlinir. Emil Maqalov deyir ki, narkotik satanlar arasında qadınlar təxminən 10 faiz təşkil edir. Bu qadınlar isə çox zaman narkotik satan kişilərin qadınları, yaşadıqları qadınlar, sevgililəri, həyat yoldaşları və s. olur: "Bu, qadınların öz istəyinə bağlı deyil. Əgər qadının sevgilisi, yaşadığı kişi, əri və s. bu işlə məşğuldursa, qadının da savadı yetərli qədər deyilsə, istər-istəməz bu işə başlayır".

Narkotiklərdən istifadənin qarşısını niyə almaq mümkün deyil?

Emil Maqalov deyir ki, bunu təkcə Azərbaycan deyil, dünyanın ən inkişaf etmiş olan ABŞ-da belə, almaq mümkün deyil.

"Orada miqrantlar, əhali sayı, qaçqınlar və s. bu işlə məşğuldur. Xarici ölkələrdə isə bu sivil şəkildə həyata keçirilir. Dünyaya bu problem barədə məlumat ötürülmür. Məsələn; mən Hollandiyada olanda rəsmi şəkildə orada 13 nəfər "damara işləyən" narkomanın olduğu deyilsə də, biz bir günün içində 14 nəfərlə görüşə bildik" - deyə ekspert vurğulayıb.

Mütəxəssis qeyd edir ki, narkomaniyanın müalicəsində ilk problem asılılığı aradan qaldırmaqdır:

"Asılılığı 20-50 manata aradan qaldırırlar. Ancaq bəzi dispanserlərdə rüşvəti nəzərə alsaq, xəstələrin 1000 manata yaxın pulu çıxır. Yəni asılılıqdan çıxmağın qara bazar qiyməti 20 manata olsa da, narkodispanserlərdə bunun üçün hardasa 500-1000 manat arası rüşvət alınır. Bu məbləğ sadəcə olaraq, bu ağrıdan qurtulmaq üçündür. Şəxsin yenidən narkotikaya qurşanmaması üçün isə, ona psixoloq lazımdır. Şəxsin özü inamlı olmalıdır. Özü bu maddələrdən imtina etməyə çalışmalıdır" - ekspert əlavə edib.

Nə qədər acınacaqlı olsa, gənclərin narkotik istifadəçisi olmasından ən son valideynləri xəbər tutur. Maqalov bu məsələyə də aydınlıq gətirib.

"Mənim övladm elə adam deyil", "Mənim övladım bunu edə bilməz", " Mənim övladım yaxşı uşaqdır" və s. kimi fikirlərə özünü inandıran valideynlər övladının tamamilə məhv olduğu zaman gerçəkliyi etiraf etməli olur. Bununla yanaşı, valideynlərdə streotiplər formalaşıb. Onların fikrincə, əgər övladını narkomaniyadan müalicə üçün harasa aparsa, bundan hamı xəbər tutacaq. Əslində isə, bu sadəcə mifdir

"Narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsi Narkodispanserlərə aparan zaman, oranın həkimləri bu barədə heç kimə məlumat vermirlər. Ancaq hər kəs bilməlidir ki, əgər siz övladınızın, ərinizin və s. yaxınınızın narkotik istifadəçisi olduğunu bilirsinizsə, demək bunu hamı bilir. Bunu gizlətməyə dəyməz. Bundan ən son valideynlər xəbər tutur. Bunu gizlətməklə valideynlər övladlarına zərər verirlər. Çox zaman valideynlər düşnür ki, övladlarınının narkotik istifadəçisi olması, gələcəkdə onun işə düzəlməsində problem yarada bilər. Əslində isə bu belə deyil. Narkodispanserlərdən şəxslər haqqında məlumatı, ancaq güc sturukturları xüsusi sorğu əsasında əldə edə bilər. Orada müalicə alan şəxslərin anonimliyi qorunur. İşə düzəltmə zamanı isə, həmin şəxsə daxil olacağı iş yerindən göndəriş verilir. Bildirilir ki, şəxs narkotik istifadəçisi olmadığı ilə bağlı test verib nəticəni gətirməlidir. Yəni, vətəndaş narkotik istifadəçisi olub tərgidibsə və ya narkodispanserdə qeydiyyatda olubsa bu barədə heç kəsə məlumat verilmir. Vətəndaş yalnız işə daxil olarkən, verdiyi narkotestin nəticəsinə uyğun olaraq işə qəbul edilir".

E. Maqalov həmçinin bildirib ki, narkomaniya ilə bağlı tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir: "Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib? və s. bu kimi narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat yoxdur. Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul olanda narkomaniyaya risk azalır. Bəli, idmanı müəyyən qədər asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn; Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni, əsas risk qruplarının,asosial insanlardan olduğunu nəzərə alaraq deyə və görə bilərik ki, narkotik istifadəçilərinin çoxunun savadı azdır. Bunları araşdıraraq təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır".

Ekspertin sözlərinə görə, narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə gördüyümüz kimi müsbət nəticə və ya effekt yoxdur, hətta əksidir.

"Deyəcəksiniz, indi dövlət qurumları işini gücünü atıb bununla məşğul olsun? Bəli, təhlükə səngiyənədək olsun və ya bunu qrantlar ayırıb bu sahəni işləmiş QHT-na həvalə etsin.

Narko tacirlərin hər yolla külli miqdarda "pul qazanma" cəhdi bütün dünyada var və hələ ki, pulun gücünə onlar qalibdir. Ümumiyyətlə, narkomaniya ilə əlaqədar bütün aidiyyəti qurumlara daha ciddi nəzarət və narkomanlarla yox, məhz narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır. Bunun üçün isə külli miqdarda vəsait və həqiqətən işində vicdanlı insanlar olmalıdır" - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »