Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada keçirilən seçkilərdə hicab qalmaqalı
Almaniyada keçirilən seçkilərdə hicab qalmaqalı

Almaniyada keçirilən ümumi seçkilər zamanı hicab qalmaqalı yaşanıb.

Bizimyol.info xəbər verir ki, Bergheim şəhərində keçirilən səsvermə prosesində, 21 yaşlı hicablı qadın məntəqə rəsmiləri tərəfindən səsverməyə buraxılmayıb.

Gənc qadın hadisəni kameraya çəkərək sosial şəbəkələrdə paylaşıb və bildirib ki, səs vermək üçün ondan çadrasını çıxarmasını istəyiblər. Görüntülər sosial mediada yayıldıqdan sonra vətəndaşlar sorğu aparan məmurları islamofob və irqçi olmaqda ittiham ediblər.

Bu hadisənin ictimaiyyətin etirazına səbəb olduğunu görən rəsmilər açıqlama verərək, anlaşılmazlıq olduğu bildiriblər. Bunun ardınca isə Bergheim Bələdiyyə Başçısı Volker Miesler seçkilərə buraxılmayan qadınla telefonla danışıb və onu öz kabinetinə dəvət edib.

Leyla, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »