Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın məxfi raket bazasında partlayış: güclü dağıntılar var
İranın məxfi raket bazasında partlayış: güclü dağıntılar var

İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığındakı məxfi raket bazasında bir neçə gün əvvəl baş vermiş sirli partlayışın görüntüləri yayılıb.

virtualaz.org “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, özəl İsrail kəşfiyyat şirkəti “ImageSat International” məxfi obyektin peykdən partlayışdan əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Görüntülərə əsasən obyekt sentyabrın 22-də salamat görünsə də sentyabrın 22-də onun bir blokunda ciddi dağıntı görünür.

Söhbət İnqilab Keşikçiləri Korpusunun “Shahid Hemmat Industrial Group” şirkətinin zavodundan gedir. Bu şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir, “Shahab-3” və “Qədr” uzaqmənzilli ballistik raketlərini istehsal edir.

Peyk görüntülərinə əsasən zavodun binasının ən azı dörddə biri tam dağılıb, hərçənd dağıntının miqyası daha böyük ola bilər. Çünki binanın damının bütün konstruksiyası boyu zədələr görünür.

İnqilab Keşikçiləri Korpusu bu həftənin bazar ertəsi Tehran yaxınlığındakı “araşdırma mərkəzlərindən” birində “yanğın baş verdiyini” açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Lakin həmin obyektin adını açıqlamayıb.

İranın raket və nüvə proqramlarına aid olan obyektlərdə vaxtaşırı olaraq bu cür şübhəli partlayışlar və yanğınlar baş verir. Bütün hallarda əsas şübhələr İsrail kəşfiyyatının üzərinə yönəlir. Belə hadisələrdən ən irimiqyaslı olanı 2011-ci ildə baş vermişdi. Tehran yaxınlığındakı yeraltı raket bazasında baş vermiş partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusunun raket proqramına rəhbərlik edən general Həsən Tehrani Müqəddəm və daha 16 yüksək rütbəli zabit həlak olmuşdu. Həmin partlayışı İsrail kəşfiyyatının törətdiyi bildirilirdi.

Sonuncu hadisəyə gəldikdə isə peyk fotolarına əsasən raket zavodunda baş vermiş dağıntıların xarakteri obyektə raket zərbəsinin endirildiyini də təxmin etməyə əsas verir. Həm də istisna deyil ki, hədəf binanın yerüstü hissəsi deyil, yeraltı hissəsi olub. Bu baxımdan dağıntıların miqyasının daha çox olduğu istisna deyil. Bəzi Rusiya mənbələri obyektdə nüvə başlıqlarının da olduğunu iddia edir.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »