Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donuzlar təyyarələri necə qoruyur...
Donuzlar təyyarələri necə qoruyur...

Belə fikir formalaşıb ki, donuzların insana heç bir faydası yoxdur. Əksinə, bu heyvanın adı çərçivələri aşmaqla assosiasiya olunur. Halbuki donuzlardan da bizə xeyir gəlməsi mümkündür.

Bizimyol.info xəbər verir ki, donuzlar təyyarələri qoruya bilir. Heyvanlar Niderland paytaxtı Amsterdamdakı hava limanının ətrafında kənd təsərrüfatı məhsullarının qalıqlarını yeyib bitirməklə faydalı olurlar. Əvvəllər “Sxiphol” yaxınlığına xeyli quş toplaşırdı. Quşlar təyyarələr üçün ən böyük təhlükələrdən biridir. Çünki pərlərə ilişirlər, qəza təhlükəsi yaradırlar. İndiki halda isə Amsterdam hava limanının ətrafı quşlar üçün əlverişsiz yerə çevrilir. Donuzlar oralarda məhsul qalığı saxlamır.

Quşlar o tərəflərdə əsasən payızda görünür. Niderland televiziyasının videolarında onların hava limanını dəstələrlə dövrə vurduğu nəzərə çarpır. Quşlar böyük tarlalarda yem axtarırlar. Donuzlar isə onları qovmaqda kömək olur. Bir növ qalıq məhsullar uğrunda mübarizədə heyvanlar quşlara qalib gəlir.

Quşlar, həqiqətən də, “Sxiphol” aeroportunda böyük problem yaradır. Hər 10 min uçuşdan 7-də toqquşma baş verir. Bu isə hətta böyük qəzaya səbəb ola bilir.

Fermerlər deyir ki, saxladıqları heyvanlar böyük təhlükənin qarşısını alır. Xüsusilə böyük problem yaradan çöl qazları ərazidə azalmağa başlayıb.

Amsterdamdakı hava limanı 1916-cı ilin sentyabrında istifadəyə verilib. Hər il “Sxiphol”un xidmətindən 60 milyona yaxın sərnişin istifadə edir. Aeroport bu göstəriciyə görə Avropada beşinci yeri tutur. İl ərzində ən azı 450 min reys həyata keçirilir.

19-cu əsrin ortalarına qədər “Sxiphol”un yerində kiçik göl olub. 1852-ci ildən sonra buralar qurudulmağa başlayıb.

Hava limanını rəhbərliyi quşlardan gileylənsə də, indiyə qədər baş verən 5 böyük qəzanın heç birində onların payı olmayıb. 1992-ci il oktyabrın 4-də iki mühərrikin sıradan çıxması 47 nəfərin ölümü ilə nəticələnib. 2009-cu il dekabrın 25-də isə “Sxiphol”da terror aktı qeydə alınıb. Ömər Faruk-Abdul Mütəlləb “Əl-Kaidə”nin tapşırığını yerinə yetirmək üçün Detroyta uçmağa hazırlaşan hava gəmisinə partlayıcı maddə qoya bilmişdi. Onda terrorçu ilə yanaşı, daha iki nəfər yaralanmışdı. Həmin hadisədən sonra “Sxiphol”da təhlükəsizlik tədbirləri artırılıb. Son 12 ildə burada hər hansı xoşagəlməz hadisə müşahidə edilməyib.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »