Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar 130 il yaşaya bilərlər
İnsanlar 130 il yaşaya bilərlər

Tarixə dünyanın ən uzunömürlü insanı kimi düşmüş Janna Kalman 1965-ci ildə 90 yaşı olanda özündən iki dəfə kiçik vəkili ilə razılaşma əldə etmişdi. Razılaşmaya görə, Fransada yaşayan qadın öləndə mənzili hüquqşünasa çatacaqdı. Bir şərtlə ki, həmin günə qədər vəkil Kalmana ayda 2500 frank ödəsin. Arl şəhərində doğulmuş uzunömürlü daha 32 il yaşamağı bacarmışdı. Ondan iki il tez həyatını itirmiş vəkilin qohumları isə bu müddətdə razılaşmanın şərtlərinə əməl etməli olmuşdu.

Bizimyol.info xəbər verir ki, yeni tədqiqatlar insanların daha çox yaşaya biləcəyini ortaya qoyur. Kalman indi ömrünü uzada bilərdi. Hərçənd, qadının içki içdiyi, siqaret çəkdiyi məlum idi.

“Royal Society Open Science” jurnalında yer almış tədqiqat materialında uzunömürlülərin daha çox yaşaması üçün bir az bəxtə ehtiyacı olduğu qeyd edilib. Araşdırma zamanı 105 yaşına çatmağı bacaran 10 mindən çox fransızın göstəricilərinə nəzər yetirilib. İnsan ömrünün maksimum həddi ilə bağlı vacib məqam müəyyənləşdirilməyib. Məhz buna görə də əsrin sonuna qədər 130 yaşını haqlamış uzunömürlülərin qeydə alınacağı gözlənilir.

Yaş ötdükcə insanın ölmək ehtimalı da artır. Yəni 90 yaşlı qocanın 9 yaşlı uşaqla nisbətdə ölmək ehtimalı 1500 dəfə çoxdur. Amma bu da hamıdan çox yaşamış insanın hər hansı həddə dayanmalı olması anlamına gəlmir. Məhz həmin şəxs 130 həddini rahatca aşa da bilər.

Janna Kalman çoxsaylı sübutlara görə dünyanın ən uzunömürlü insanı sayılır. Təkcə doğumunu göstərən 23 kağız ortaya qoyulub. Məhz sübutlar olmadığından azərbaycanlı Şirəli Müslümovun ən uzunömürlü insan kimi qeydə alınması mümkün deyil. 1805-ci ildə Lerikin Barzavu kəndində doğulduğu iddia edilən çobanın 168 il yaşadığı bildirilir. Amma ortada yetərincə şübhəli məqamlar var. Məsələn, Şirəli Müslümovun guya 136 yaşında qız atası olması belə məqamlardandır.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »