Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlər başlayır
Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlər başlayır

Ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.

Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.

Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »