Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngilislər çıxıb gedən miqrantların yerində işləmək istəmir
İngilislər çıxıb gedən miqrantların yerində işləmək istəmir

“Breksit” Böyük Britaniyanın əmək bazarında inqilabi dəyişiklik effekti ortaya qoydu. Xeyli miqrant ölkəni tərk etməli oldu. Böyük Britaniyada açıq-aşkar işçi qıtlığı yaranıb.

Bizimyol.info xəbər verir ki, çoxlu iş yeri təkliflərinə baxmayaraq, ingilislər buna isti yanaşmır. Çünki onlar çıxıb gedən miqrantların yerində işləmək istəmir. Yəni ingilislər həmin işləri bəyənmirlər.

Böyük Britaniya vətəndaşları daha çox təmizlik işlərini yaxına buraxmırlar. İndiyə qədər belə qazanc variantlarını miqrantlar qəbul edirdi. Gedənlərin çoxunun bu sektorda işləməsi ciddi boşluq ortaya çıxarıb. İngilislər isə həmin işləri qəbul etmək istəmir.

Şirkət rəhbəri olan Meri-Ceyn Petit vəziyyətin yaxşı olmadığını bildirir. Onun başçılıq etdiyi müəssisə xeyli işçi itirib: “İşçilərin əksəri – deyərdim ki, 70 faizi ispanlar, cənubiamerikalılar, bolqarlar və rumınlardır. Çoxu evinə gedib. Biz işçilərin dörddə birini itirmişik. Burada, bu ölkədə namizədlər həmin işlərə maraq göstərmir. Bizdə iş 9-da başlayıb 5-də bitir. Onlar isə deyir ki, belə olmaz, 10-dan 3-ə qədər işləyək. Biz çox işçi itirmişik. Buna görə də qalanlar daha gərgin işləmək məcburiyyətindədir”.

“Breksit” Böyük Britaniyada sosial-iqtisadi problemləri çox qabardıb. Yük maşını sürücüsü qıtlığı yaranıb, yanacaqdoldurma məntəqələrində benzin tapılmır. Supermarketlərdə yetərincə mal yoxdur. Restoranlar müştərilərə toyuq çatdırmaq əziyyətini yaşayır. Hətta “McDonalds” vəziyyətin çətin olduğunu bildirib. Çünki milkşeyk düzəltmək üçün lazımi məhsulları əldə etmək olmur.

Britaniya Sənaye Konfederasiyası problemi yaxın iki ildə həll etməyin mümkünsüzlüyündən danışır. Hökumət ölkəyə yalnız yüksəktəsnifatlı işçiləri dəvət etməyin tərəfdarıdır. Qalan ucuz işçi qüvvəsinə də çox isti yanaşılmır.

Başqa bir şirkət rəhbəri Toni Denker deyir ki, məhz bu çatışmazlıqlara yönəlmiş miqrasiya siyasətinə ehtiyac var. Onun fikrincə, ölkəyə məhz işinə ehtiyac duyulacaq əcnəbilər gəlməlidir.

Keçən həftə hökumət viza verilməsiylə bağlı bəzi güzəştlərə gedib. Məsələn, quş əti daşıyan əcnəbi sürücülərə yaşıl işıq yandırılıb.

Bizimyol.info

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »