Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazın bahalaşması səbəbindən Böyük Britaniyanın 3 şirkəti işini dayandırıb
Qazın bahalaşması səbəbindən Böyük Britaniyanın 3 şirkəti işini dayandırıb

Avropada qaz qiymətlərinin rekord səviyyəyə çatması səbəbindən Böyük Britaniyanın qaz tədarükü ilə məşğul olan “Igloo Energy Supply Ltd.”, “Enstroga Ltd.” və “Symbio Energy Ltd.” şirkətləri müştərilərə xidmət göstərilməsini dayandırıb.

“Report” xəbər verir ki, şirkətlərin rəsmi bəyanatında belə deyilir.

Nəticədə Böyük Britaniyada 233 min ev təsərrüfatı, yəni bazarın 1%-dən az bir hissəsi qaz və elektrik enerjisi tədarükçüsündən məhrum olub. Lakin Böyük Britaniyada enerji bazarının tənzimləyicisi olan “Ofgem” şirkətinin tezliklə bu müştərilər üçün yeni təchizatçı təyin edəcəyi bildirilir.

Bununla da, sentyabr ayı ərzində krallıqda 9 şirkət qaz və elektrik enerjisi xərclərini qarşılaya bilməmələri səbəbindən müştərilərə xidmət göstərilməsini dayandırıb. Təchizatçıdan məhrum olmuş təxminən 1,7 milyon ev təsərrüfatı "British Gas”, “EDF Energy”, “Shell Energy” və “Octopus Energy” kimi nəhəng şirkətlərə üz tutub.

Xatırladaq ki, sentyabrın 30-da Avropada qazın qiyməti 1100 ABŞ dollarını ötüb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »