Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başımızı qaldırıb gördüklərimiz
Başımızı qaldırıb gördüklərimiz

Axır ki!

“Birinci Qarabağ Müharibəsi şəhidlərini və qazilərini dədə nəzərə almalıhyıq” fikri Milli Məclisdə səsləndi. Deputat Vahid Əhmədov dedi: “Biz təkcə İkinci Qarabağ Müharibəsi şəhidlərini və qazilərini nəzərə almamalıyıq. Birinci Qarabağ Müharibəsində də kifayət qədər şəhid və qazilərimiz olub. Biz hələ onların ehtiyaclarını tam təmin edə bilməmişik”.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

Təəccüblüsü odur ki, bu fikir Milli Məclisin komitə sədri, hətta Milli Məclisin sədri də təsdiqləyib. Sadəcə, Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bu işlərin icra hakimiyyətlərinə tapşırıldığını, onların da bəzən bu vəzifəni yerinə yetirdiyini, bəzən də yerinə yetirmədiyini deyib. Yəni ad çəkilməsə də, dolayısı ilə, eyham vurulub ki, Birinci Qarabağ Müharibəsində şəhid olanların ailələrinin, eləcə də, qazilərin problemləri ilə o zaman Prezident Adminsitrasiyasının patronajlığı altında işləyən yerli icra hakimittətləri mə.ğul olub. Yəni, ya pis məşğul olublar, ya da heç məşğul olmayıblar.

Vahid Əhmədov hər zaman real problemləri qaldırır. Bu dəfə də elə oldu. Həqiqətən də Birinci Qarabağ Müharibəsində, əlbəttə, şəhidlər və qazilər daha çox olub. Çünki Birinci Qarabağ Müharibəsi daha uzun sürüb. Eyni zamanda bu müharibə müddətində ölkənin və regionun taleyini və xəritəsini dəyişən xeyli mühüm hadisələr də baş verib. Bu müharibəyə (həm birincisinə, həm ikincisinə) Moskvadan baxsaq, üç mühüm mərhələ var: Münaqişənin Qorbaçov dövrü, daha sonra Yeltsin dövrü və indiyədək davam edən Putin dövrü.

“Qorbaçov dövrü”ndə münaqişəyə görə hər iki tərəf məsul tutulurdu, amma real dəstək Ermənistana idi. Qorbaçovun sonuna doğru və Yeltsin dövründə gah Azərbaycana dəstək verldi, gah Ermənistana – situativ maraqlara görə konyuktur qərarlar vardı. Putin dövründə sözdə Azərbaycan, əməldə Ermənistan dəstəkləndi. Vəziyyət gəlib bu yerə çıxdı.

Əslinə baxsanız, bizim bir dəfə məğlub olub, iki dəfə qalib gəldiyimiz bir Qarabağ Müharibəsi var. 1991-ci ildən- 2020-ci ilə qədər. Azərbaycanın indi geri aldığı rayonları Ermənistan 4 ilə işğal edə bilmişdi. Ancaq işğal olunan ərazilərin bir hissəsini – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayıtinin ərazisinin 40 faizini Azərbaycan ordusu 4 aya geri qaytarmışdı – 1992-ci ilin yay-payız aylarında. Təbii ki, Rusiyanın susqun razılığı ilə. Payızın əvvəlində biz – Azərbaycanın Elçibəy hökuməti MDB-yə və KTMT-yə “yox” dedi, bu dəfə val tərsinə döndü: Rusiya, İranla və nəhəng transmilli korporasiyalarla birlikdə Elçibəy hakimiyyətini yıxdı. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan 4 aya əldən getdi. Yəni məğlub olduq. 2016-2020-ci illər ərzində biz yenindən itirilən torpaqları geri qaytarmaq istədik və 44 günlük müharibə də bunun məntiqi sonu oldu. Bu dəfə qələbə bizdədir.

Təbii ki, müharibənin əvvəlki fazaları daha böyük geosiyasi dəyişikliklərlə (SSRİ-nin dağılması, Qərbin Qafqazda Rusiya ilə miqyaslı toqquşmaları, “neft müharibələri”, Putin Rusiyasının köhnə İttifaqı bir formada yenidən “diriltmək” çabaları və sair ilə eyni vaxtda baş verirdi. Münaqişə buna görə daha da uzanır və daha qanlı xarakter alırdı. Və dövlət də, ordu da zəif idi. Ona görə Birinci Qarabağ Müharibəsində şəhidlər də, qazilər də çox oldu. Üstəlik qaçqınlar və məcburi köçkünlər.

Bəli, Birinci Müharibənin şəhidlərinə və qazilərinə lazım olan diqqətin olmamasının subyektiv səbəbləri vardı və var. Ancaq bridən-birə yüzminlərlə insanın qaçqın və məcburi köçkün durumuna düşməsi, üstəgəl siyasi, iqtisadi böhran – bu məsələləri də bir az diqqətdən kənar buraxdı. Ancaq sonrakı dövrdə bu problemlərə xüsusi diqqət vermək üçün zaman da vardı, imkan da. Xüsusilə, neft bumu illərində. Ancaq, Milli Məclisdə səslənən fikirlərdən bəlli olur ki, imkan çox olsa da, istək az olub.

Və indi – Ermənistanla genişmiqyaslı müharibənin başladığı o 1991-dən 30 il sonra, axır ki...

Yox, demək olmaz ki, heç bir iş görülməyib, heç bir kömək göstərilməyib. Ancaq indiki kimi həssaslıq da olmayıb. Bunun da səbəbi İkinci Qarabağ Müharibəsidir. Yeni şəhidlər və qazilər dövlətin diqqətini özlərindən əvvəlkilərə də yönəldə bilir demək.

Əslində əvvəl – 1993-cü ildə elə məğlub olmuşduq ki, başımızı yerdən qaldıra bilmirdik. Başımız aşağı gəzirdik deyə canından keçən şəhid və qazilərimizi də yaxşı görə bilmirdik. İndi başımızı qaldıra bilmişik. Yerlərdə sürünən qürurumuzu ordumuz 44 günə qaldırıb bizə qaytardı – belimizi dikəldib başımızı qaldırdıq. İndi artıq hamını və hər şeyi daha aydın görürük. Hər halda görməliyik deyə düşünürəm...

İstənilən halda Birinci Qarabağ Müharibəsi şəhidlərinin və qazilərinin də xatırlanması, cəmiyyətin, dövlətin diqqət mərkəzinə gətirilməsi çox yaxşıdır. Heç olmasa, xatırlanmaları. O zaman da əsgər və zabitlrimiz qəhrəmanlıqlar göstərib. Həm də çox! Ancaq sonrakı məğlubiyyətimiz bu qəhrəmanlıqları da utandırmışdı...

Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »