Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda keçirilən etiraz aksiyasına rəsmi cavab
Yevlaxda keçirilən etiraz aksiyasına rəsmi cavab

Yevlax rayonu Qaraməmmədli kənd sakinləri icra başçısı və deputata qarşı etiraz ediblər.

Yerli sakinlərin sözlərinə görə, etiraza səbəb iki aya yaxındır, kəndin bir hissəsində suyun olmamasıdır: Aksiya iştirakçılarının sözlərinə görə, məsələ ilə bağlı rayon icra hakimiyyətində qəbula yazılsalar da, onları qəbul edən olmayıb.

“Əfsuslar olsun ki, nə rayon rəhbəri, nə də deputat bizimlə maraqlanmır. Dəfələrlə rayonun deputatı İlham Məmmədova zəng etmişik, telefonlarımızı açmır. Biz onu nə üçün seçmişik?”– deyə sakinlər soruşurlar.

Məsələ ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, Yevlax rayonunun Qaraməmmədli kəndində 25 evdə yaşayan təxminən 120 nəfər sakinin içməli su və həyətyanı sahələrinin suvarılmasında istifadə etdikləri Su kanal idarəsinin balansında olan subartezian quyusunun 3 il ərzində elektrik enerjisi sərfiyyatına 6200 manat borc yaranıb.

“Araşdırma zamanı məlum olub ki, bu illər ərzində əhali tərəfindən istifadə edilən suyun dəyəri Su kanal idarəsinə ödənilməyib. Yaranmış borc məbləği ödənilmədiyi üçün subartezian quyusu “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən elektrik şəbəkəsindən ayrılıb. Kənd sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ediblər, Şəhər İcra Hakimiyyətində aidiyyatı qurumların rəhbərliyi ilə dəfələrlə qəbul ediliblər və qanunamüvafiq izahatlar verilib. İzahatlarla qane olmayan sakinlər müxtəlif sosial şəbəkələrdə tələblər irəli sürürlər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »