Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Məsimli: “Valideyn himayəsindən məhrum olan uşaqların sayı on minlərlədir”
Əli Məsimli: “Valideyn himayəsindən məhrum olan uşaqların sayı on minlərlədir”

“Valideyn himayəsindən məhrum olan uşaqların sayı on minlərlədir. Onların taleyinə biganə yanaşmağı qəbul etmirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir: “Bu gün o uşaqlar salfeti uzadıb xahiş, minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.

Ə. Məsimli şəhid olanların çoxunun ailəsinin də aztəminatlı ailələr olduğunu qeyd edib. O təklif edib ki, Anım Günündən Zəfər gününə qədər olan müddətdə aztəminatlı ailələrin şəhid övladlarının da adına bulaqlar açılsın, onların xatirəsi əbədiləşdirilsin.(apa)

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »