Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Trampın diqqətini cazibədar qızla yayındırırmış
Putin Trampın diqqətini cazibədar qızla yayındırırmış

ABŞ mediasında Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişemin etiraflarının yer aldığı yazılar bir-birini əvəz edir. O, Rusiya prezidenti Vladimir Putinlə dövlət başçısı olmuş Donald Trampın görüşləriylə bağlı maraqlı məqamlar xatırlayır. Qrişemin yazdığına görə, Kremlin rəhbəri amerikalı həmkarıyla Osakadakı görüşə bilərəkdən cazibədar tərcüməçi qızla gəlib. Putin bununla Trampın diqqətini yayındırmaq istəyirmiş.

Bizimyol.info xəbər verir ki, prezidentlər 2019-cu ilin iyununda G-20 çərçivəsində Yaponiyada görüşmüşdülər. Qrişem Trampın saxta obraz yaratdığını iddia edir. Keçmiş mətbuat xidmətinin rəhbərinin yazdığına görə, ABŞ-ın dövlət başçısı Putinə publika qarşısında sərt görünəcəyini, amma ümumilikdə yumşaq davranacağına söz verib. Tramp kameralar önündə belə görünməyin vacibliyini bildiribmiş.

Qrişem bütün bunları “I'll Take Your Questions Now, What I Saw at Trump White House” (Mən indi sizə Trampın dövründə Ağ Evdə nə gördüyüm barədə suallara cavab verəcəyəm) adlı kitabında yazıb. O, Trampın ətrafında 2016-cı ildə görünməyə başlayıb. Əvvəlcə Melaniya Trampın mətbuat katibi olub. Bundan sonra Ağ Evdə eyni vəzifəni daşımaq imkanı əldə edib.

Qrişemin Rusiya üzrə administrasiyanın eksperti Fiona Hill ilə söhbətləşmək fürsəti olub. Hill Putinin Trampın diqqətini cazibədar tərcüməçi ilə necə yayındırmasından danışıb. Mavi paltarlı qız gözəlliyi ilə Osakada çoxlarının diqqətini çəkmişdi. Hill iddia edib ki, həmin tərcüməçini Putin şəxsən özü seçib.

Keçmiş mətbuat katibi kitabında Trampın çox pis xarakteri olduğunu yazıb. O, özündən çıxanda sakitləşə bilmirmiş. Qrişem bir dəfə Trampın böyük qayçı ilə saçlarını necə kəsdiyini görüb.

Kitab Donald və Melaniyanın münasibətlərinin nə qədər pis olduğunu ortaya qoyub. Prezident bir çox hallarda özünü çox ədəbsiz aparırmış. Bir dədə “Air Force One” ilə uçarkən Tramp Qrişemdən mətbuat xidmətinin qadın əməkdaşlarından birinin onunla təyyarəyə minməsini istəyib. Dövlət başçısının qeryi-adekvat davranışını görən mətbuat katibi bu ideyanın həyata keçməsinə imkan verməyib. Qrişem yazır ki, baş verənləri Melaniyaya danışmaqdan özünü güclə saxlayırmış. O, Donaldın həyat yoldaşının əri haqda hər şeyi bilmədiyini xüsusi vurğulayıb.

Yazılanlar keçmiş prezidenti çox qəzəbləndirib. Trampın mətbuat katibi Liz Harrinqton ailə haqqında növbəti dəfə yalanlar uydurulduğunu bildirib.

Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »