Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimov doğma qardaşını da aldadıbmı? - Erməni və mafiya ilə əlaqə iddiaları (Video)
Mübariz Mənsimov doğma qardaşını da aldadıbmı? - Erməni və mafiya ilə əlaqə iddiaları (Video)

Adı FETÖ ilə yanaşı çəkilən Mübariz Mənsimovun öz doğma qardaşı Maarif Mənsimova qarşı dələduzluq etməsi barədə Türkiyə mətbuatında dərc olunmuş xəbərlər Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur. Bu haqda oxu.az saytı Haber Qlobal-a istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Mübariz Mənsimovla bağlı xəbərin bu qədər gündəmdə qalması onun cəmiyyətdə “xeyirxah iş adamı” kimi təqdimatıdır.

Oxu.az iddia edir ki, Türkiyə mətbuatının yaydığı məlumatlardan sonra “ictimaiyyət aldanıldığını gördü”.

Həmin təfərrüatlı xəbərlərdə bildirilir ki, FETÖ-yə (Fətullahçı terror təşkilatı) yardım etdiyi üçün beş il müddətinə cəzaya məhkum edilmiş Mübariz Mənsimov barəsində bu dəfə qardaşı Maarif Mənsimov şikayət edib: “O, qardaşının dələduzluq etməsindən şikayətlənib. Prokurorluğa təqdim olunmuş şikayət ərizəsində Maarif Mənsimov 2018-ci ilə qədər qardaşına məxsus “Palmali” Şirkətlər Qrupunda baş menecer olduğunu, yalnız gəmiçilik və nəqliyyat fəaliyyətini idarə etdiyini bildirib. Hətta Maarif Mənsimov ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib. Maarif Mənsimov ərizəsində qardaşının bir gəmini üç nəfərə satdığını, çirkli pulları yuyanlar və mafiya ilə yaxın əlaqələr qurduğunu, erməni əsilli mafiya başçısı Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi çirkli pulları yuyanlar ilə yaxın ticarət əlaqələri qurduğunu etiraf edib. Mübariz Mənsimovun “Sberbank”, “Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə “Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım” - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib”.

Bundan başqa xəbərdə deyilir ki, qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib: “Şikayət ərizəsində Mübariz Mənsimovun bu villanı borcları qarşılığında banka girov qoyduğu və barəsində evdən çıxarılma ilə bağlı qərar verildiyi də vurğulanıb”.

Qarşı tərəfin mövqeyini almağa çalışacağıq.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »