Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Liposaksiya əməliyyatının edilməsi üçün siz əvvəlcə arıqlamalısınız"
"Liposaksiya əməliyyatının edilməsi üçün siz əvvəlcə arıqlamalısınız"

Liposaksiya... Bu gün dünyanın hər yerində liposaksiya əməliyyatına müraciət edilir. "Gözəllik qurban tələb edir" ifadəsi isə, tam bu prosedur üçün deyilib desək, yanılmarıq. Azərbaycanda, hətta məşhur olan cərrahların belə liposaksiya əməliyyatı zamanı dünyasını dəyişən xəstələri olub. Liposaksiya əməliyyatı, bu günə qədər çox qadının həyatına son qoyub. Həkimlər bu faktı etiraf etməsə də, Azərbaycanda bir çox məhşurlar bu əməliyyatın qurbanı olub. Modelyerlər, müğənnilər, sənətkarlar "daha gözəl görünmək" üçün, daha tez arıqlamaq üçün bu əməliyyata müraciət etsə də, sonu yaxşı nəticələnməyib. Buna baxmayaraq, bu gün də liposaksiya əməliyyatları reklam edilir və müraciət edənlər də kifayət qədərdir.

Nədir liposaksiya? Kimlərə icazə verilmir? Liposaksiya nədir?

Köklük problemi olmayan ancaq bəzi bədən nahiyələrində piylənmə olan, müxtəlif arıqlama üsulları ilə əriməyən yağların əridilməsi üçün həyata keçirilən prosesdur liposaksiya adlanır. Liposakisya, bədənə gözəl forma verilməsi üçün həyata keçirilən cərrahi əməliyyatdır. Xalq arasında ümumi olaraq "yağ aldırmaq" əməliyyatı kimi tanınan liposaksiya əməliyyatı; xüsusilə baldır, omba, qarın, bel, diz və s. ətraflarda olan yağların götürülməsi prosesidir.

Estetik cərrah Ülviyyə İlyaszadə deyir ki, liposaksiya müxtəlif üsullarla öncədən əridilən yağın 1-2 mm-lik kəsiklərdən 2-3 mm-lik incə və uzun alətlər istifadə edilərək vakumlanması və çıxarılması prosesidir:

"Bütün əməliyyatlarda olduğu kimi bu əməliyyat zamanı da professional mütəxəssisə müraciət etmək vacibdir. Liposaksiya özü arıqlama üsulu deyil. Bu prosedur müxtəlif nahiyələrdə olan yağların götürülməsi üçündür. Yəni həddən artıq çəkisi olan şəxs gəlib liposaksiya etdirə bilməz . Liposaksiya əməliyyatının edilməsi üçün siz əvvəlcə həkim nəzarətində pəhrizlər və idman proqramları ilə arıqlamalı, bundan sonra pəhrizlə getməyən yağları liposaksiya ilə aradan qaldıra bilərsiniz".

Liposaksiya, hərhansı bir xəstəliyi olmayan, hamilə və ya yeni uşaq dünyaya gətirən qadınlar istisna olmaqla, hər kəsin müraciət edə biləcəyi bir əməliyyatdır.

"Ürək çatışmazlığı, şəkərli diabet problemləri olan şəxslərə liposaksiya edilməsi təhlükəli hesab edilə bilər. Ümumiyyətlə, liposaksiya əməliyyatından öncə xəstə bütün analizlərdən keçməlidir. Əgər onun səhhəti üçün təhlükəli hər hansı bir hal aşkarlanmazsa, bu zaman liposaksiya etdirə bilər" - deyən həkim qeyd edib ki, liposaksiya əməliyyatının keçirilməsində yaşın da böyük rolu var. Çünki yaş keçdikcə dərinin elastikliyi azalır və əməliyyatların təhlükəsi artır.

Liposaksiya etdirməyiniz yenidən kökəlməyəcəyinizi qarantiya etmir. Yenidən kökəlməmək üçün əməliyyatdan sonra həyat tərzi, pəhriz və idmana önəm verməlisiniz.

"Əgər tez-tez arıqlayıb kökəlirsinizsə, əməliyyatın müvəffəqqiyətli olacağına zəmanət verilə bilməz. Əgər bədəninizin müxtəlif yerlərində yağ kütləsi ilə yanaşı çatlar və dəri yarıqları da varsa, bu üsulla olan çatları aradan qaldırmaq mümkün deyil. Doğuşdan sonra qarın dərisində olan çatlaqlar da liposaksiya ilə aradan qaldırıla bilməz. Bununla yanaşı liposaksiya sizi selilütlərdən də qurtarmaz" - deyə həkim qeyd edib.

Mütəxəssis bildirir ki, əməliyyatdan sonra mütləq korset taxılmalıdır. Bu korsetlər çıxarılan yağın miqdarı və xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq 4-8 həftə istifadə edilir. Şiş və göyərmələr mümkündür. Müəyyən müddətdən sonra bu vəziyyət aradan qalxır. Prosedurdan bir müddət sonra tikişlər sökülür və 1-3 həftə ərzində xəstənin ümumi sağlamlığından heç bir problem olmadığı təqdirdə normal həyata qayıdır. Əməliyyatdan 3-4 həftə sonra xəstə idmanla məşğul ola bilər.

Həkim həmçinin əlavə edib ki, bəzi salon və klinikalarda lazer lipoliz prosedurları da təklif edilir. Lazer lipoliz, diod lazer üsulu ilə birbaşa yağ hüceyrələrinin partladılması üsuludur. Və bu üsul daha çox çənəaltı və üz nahiyəsi üçün həyata keçirilir. Bununla yanaşı, tərləmə problemi olan şəxslərin qoltuq altına da da lazer lipoliz istifadə edilir.

"Bu iki prosedur arasındakı fərq, yağ toxumalarının atılma-xaric edilmə formasıdır. Liposaksiya üsulunda yağ toxumaları vakumlanaraq atılır, lazer lipolizdə isə, sidik yolu ilə çıxır. Yağ toxuması sidiklə atılmayacaq qədər çox olduğu zaman liposaksiya təklif edilir" - deyən həkim, qan-damar xəstəlikləri olan şəxslərin bu üsula müraciət etməməsini tövsiyyə edir. Çünki bəzi xəstəliklər zamanı qanın laxtalanması və s. yağ hissəcikləri qanda tromblaşmaya səbəb olaraq ölümlə nəticələnə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »