Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dolların bahalaşması gözlənilirmi...
Azərbaycanda dolların bahalaşması gözlənilirmi...

Ölkədə yanacağın, ərzaq məhsullarının qiymətinin bahalaşması il sonuna qədər dolların dəyərinin qalxacağı proqnozunu verir. Bu da istər-istəməz vətəndaşlarda narahatlığa səbəb olur.

Mütəxəssislərin fikrincə isə, dünya bazarında neftin qiyməti artmadıqca, dolların bahalaşmasından söhbət gedə bilməz. Bununla yanaşı, hesablamalara görə, hazırda Azərbaycanın neft satışı nəzərədə tutulandan daha çox qazanc gətirir. Yəni, qısacası, vətəndaş hələ ki, rahat ola bilər.

Bu barədə Bizimyol.info saytına danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, dünyada strateji xammal məhsullarının qiymətləri bahalaşdığı zaman ABŞ valyutasının dəyəri qalxır:

Pərviz Heydərov Pərviz Heydərov

"Burada ilk olaraq söhbət neftin qiymətindən gedir. Əgər bu gün dünya bazarında neftin qiyməti 1 barelə görə 80 dollar ətrafındadırsa, deməli ABŞ valyutasının dəyəri kifayət qədər yüksəkdir. Əgər söhbət Azərbaycandan gedirsə, nəzərə almaq lazımdır ki, Azərbaycanın valyuta gəlirlərinin əsasını neft və neft məhsulları təşkil edir. Təxminən, ixrac edilən məhsullardan əldə edilən gəlirlərin 90 faizdən çoxunu neft və neft məhsulları təşkil edir".

İqtisadçı qeyd edib ki, 2021-ci ildə Dövlət Neft Fondunda, dövlət büdcəsində neftin dünya bazar qiymətlərinin proqnoz səviyyəsi 40 ABŞ dollar həddində nəzərdə tutulub. Bu isə o deməkdir ki, biz bu gün real olaraq neftin dünya bazar qiymətlərinin 200 faiz həcmində gəlir əldə etməkdəyik.

İqtisadçının fikrincə, ölkəyə nə qədər çox xarici valyuta daxil olursa, bu həmin ölkənin milli valyutasının dəyərini möhkəmləndirir:

"Buna görə də dünya üzrə ABŞ valyutasının dəyərinin möhkəmlənməsi, bütünlükdə dünya iqtisadiyyatı üçün müəyyən mənada mənfi xarakter daşısa da, Azərbaycan üçün bu ölkənin xarici valyuta gəlirlərinin artması nöqteyi nəzərindən müsbət əhəmiyyət kəsb edir və manatın möhkəmlənməsində mühüm rol oynayır" - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, məsələyə dünyada yanacağın ərzağın, digər kütləvi istehlak tələbatı olan məhsulların qiymətlərinin bahalaşması prizmasından yanaşsaq, bu həm də Azərbaycanda yerli istehsalın qeyri neft sektoruna aid yerli iqtisadiyyatın inkişafının buxova alınması mənasını kəsb edir. Bunu isə nəzərə almaq vacibdir. Yəni, dünyada neftin dünya bazar qiymətlərinin artması ilə əlaqədar bütün məhsulların qiymətinin artması Azərbaycanda yerli istehsalı boğur:

"Çünki ölkəyə idxal üçün geniş imkanlar yaranır, idxal infiliyasiyası meydana çıxır. Xarici məhsullardan-idxaldan asılı vəziyyətdə olduğumuzu nəzərə alsaq, qiymətlərin artması, bilavasitə xarici istehsal məhsullarından asılı vəziyyətdə qalması amilini gücləndirir".

İlahin, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »