Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ən böyük sorğu Ermənistanda keçirilən seçkilər idi”
“Ən böyük sorğu Ermənistanda keçirilən seçkilər idi”

Bu gün Ermənistan blogeri Mika Badalyanın Ermənistan-Azərbaycan münasibətləri barədə sorğu keçirməsi ilə bağlı xəbər dərc etmişdik. Xəbərdə bildirilirdi ki, Mika Badalyan şəxsi hesabında sual olaraq “Ermənistan üçün hansı variant daha yaxşıdır?” deyə paylaşım edib. Cavablarda isə iki seçim şansı verib. Birinci variantda “yeni müharibə”, ikinci variantda isə “Türkiyə və Azərbaycanla sülh” qeyd edilib.

Səsvermənin nəticəsinə görə, 78 faiz izləyici birinci variantı, yəni “yeni müharibə”ni seçib, 22 faiz insan isə ikinci variantı, yəni “Türkiyə və Azərbaycanla sülh”ə tərəfdar çıxıb.

Maraqlıdır, görəsən, doğrudanmı Ermənistandakı əhvalı bu sorğu əks etdirir? Ermənistan cəmiyyəti revanş istəyirmi? Revanş istəyirsisə, niyə revanşistlər seçkidən qalib çıxmadı? Revanşa qalxsa, nə kimi nəticələr olar?

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Ermənistanda elə qruplar, sorğu mərkəzləri var ki, onlar “Qarabağ klanı”nı təmsil edir və onların əsas siyasəti, qayəsi ölkədə revanşist əhval-ruhiyyəni alovlandırmaq, mövcud hakimiyyətə qarşı xalqı səfərbər etməkdir.

“Məhz bu xüsusda keçirilən sorğular bunu deməyə əsas verir. Ümumiyyətlə, belə sorğular Ermənistan vətəndaşlarının fikirlərini əks etdirə bilməz.  Ən böyük sorğu müharibədən sonra Ermənistanda keçirilən seçkilər idi. Bu seçkilərdə xalq məğlub olmuş hakimiyyətə, müharibənin, revanşizmin əleyhinə səs verib. Bu o deməkdir ki, Ermənistan vətəndaşları birmənalı olaraq müharibənin əleyhinədir. 500-1000 nəfər arasında keçirilən sorğuya etibar etmək olmaz.

Revanşizmə gəldikdə isə əlbəttə ki, Azərbaycan tərəfi daim güclənir. Prezident İlham Əliyevin isə Ermənistandakı revanşist qüvvələrə birbaşa olaraq mesajlar var. Əgər Ermənistan tərəfi baş qaldırarsa, əlbəttə ki, birdaha “dəmir yumruğ”un şahidi olacaqlar. Azərbaycanın keçirdiyi hərbi təlimlər, orduda durmadan gedən inkişaf bunu deməyə əsas verir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »