Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlər günü gəlir: Hədiyyəniz hazırdırmı?
Müəllimlər günü gəlir: Hədiyyəniz hazırdırmı?

Dərs açılar açılmaz valideynləri 5 oktyabr müəllimlər günü təlaşı bürüyüb. Jurnalist Fəridə Rüstəmova sosial şəbəkədə paylaşım edərək bildirib ki, elə ilk həftədən sinif rəhbəri üçün 50, digər müəllimlər üçün 20 manatdan yığmağa başlayıblar.

İş o həddə çatıb ki, başqalarının yardımı hesabı ilə dolanan qonşu ailə dost tanışdan borc alır ki, müəllimə hörmət eləsin. O ailə ki, ailə başçısı tikintidə aldığı xəsarətlər ucbatından işləyə bilmir.

Fəridə xanım kimi şikayət səsini ucaldan valideynlərin sayı az deyil. Amma gəlin özümüzə sual verək. Günah həmişə müəllimlərdədir? Vallideyn verməzsə, müəllim əlinə silah alıb onun üstünə yüyürmür axı. Uzaqbaşı bir az qaşqabaq edə bilər. Bu dediklərimizi bütün müəllimlərə şamil etmək olmaz. İşini vicdanla, sevgiylə yerinə yetirən, əsl insan yetişdirən pedaqoqlarımız da az deyil.

Hər şey başlayır valideynlərin öz aralarında seçdikləri valideyn komitəsindən. Bu komitə indiyədək valideynlərin şikayətini məktəbə çatdıramq üçün yox, məktəbin tələblərini valideynlərə eşitdirmək və hətta eşitdirməklə də qalmayıb onun yerinə yetirilməsini tələb eləməkdən ibarətdir. Valideynlər də bir-birlərinin bəhsinə, üz-üzdən utanar prinsiplərilə qonşudan qalmayıb dala deyilənlərə əməl edirlər. Təki sinifdə uşaq "pisikməsin" deyə.

Bu gedişlə Azərbaycan balaları ən böyük psixoloji travmanı elə ilk siniflərdə alırlar, pul verib sevilməyi, pul verib qiymət almağı öyrənirlər. Ver-al qaydaları ilə böyüyüb alverçi məmur düşüncəsiylə yaşayan böyüklər olurlar gələcəkdə. “Nə tökərsən aşına, o da çıxar qaşığına” deyənlər nahaq deməmişdilər.

İllər öncə övladlarım məktəbdə oxuyanda eyni problemlərlə mən də qarşılaşırdım. Hətta bir dəfə həyətimizdən dərib, qırmızı lentlərlə bəzədiyim tər çiçək dəstəsini, müəllim gözümün önündə oğlumun əlindən alıb zibil qutusuna atmışdı. Söz yox ki, mən də mənəviyyatdan çox maddiyyatı düşünən o müəllimin sinfində uşağın tərbiyə almasını istəməyib sinifi dəyişmişdim. Gərək ki, gül dükanından xüsusi bağalnıb gələydi, kağız-kuğuza da pul verəyidim. Çox zaman da problemlər sadəcə, qulağıma çatırdı. Çünki, bekar deyildim, hər gün məktəbə gedib bir çoxları kimi dərsin bitməsini həyətdə gözləmir, xırda-para məktəb"məlumatları" toplayıb qeybətləşmirdim. Əslində "hörmət" etmədiyimə görə uşaqlara qarşı soyuq rəftarın da olduğunu bilirdim. Amma önəmsəmirdim. Əvəzində uşaq özü öz haqqını sökə-sökə almağı, təkbaşına cəmiyyətdə bərkiməyi öyrənirdi. Mənə də bu lazım idi, verdiyim hədiyyə müqabilində ona verilən saxta qiymət yox. Uşaqlar məktəbi bitirdilər. Amma tez-tez eşitdiyim o sual hələ də qulağımdadır: Bayram yaxınlaşır, hədiyyə verəcəksiniz?

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »