Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sabahdan qeyri-leqal miqrantları ölkədən çıxaracaq
Rusiya sabahdan qeyri-leqal miqrantları ölkədən çıxaracaq

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin yeni qaydalarına görə, Rusiyanın demoqrafik problemləri miqrantların deyil, yerli əhalinin çoxalması yolu ilə həll edilməlidir.

Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi, polis general-leytenantı Valentina Kazakova, demoqrafik problemlərin daha çox yerli əhalinin çoxalması yolu ilə həll edilməli olduğunu söyləyib. "TASS xəbər verir ki, bir gün əvvəl Kazakova sentyabrın 30 -dan sonra polisin qanunsuz miqrantları Rusiya Federasiyasından çıxaracağını bildirib. Kazakovanın dediyinə görə, Rusiya Federasiyasında ümumilikdə 7 milyon miqrant var, onların arasında qanunsuz miqrantların sayı çox deyil.

Sentyabrın əvvəlində Rusiya hökuməti ilin sonuna qədər Rusiya inşaat sahələrinə xarici işçilərin idxalı üçün bir mexanizm quracağını da açıqlamışdı. İnşaat və Mənzil Kommunal Təsərrüfatı Nazirinin müavini Nikita Stasişinin sözlərinə görə, "onlarla şirkət" in xaricdən Rusiyaya çarter qatarları ilə mərkəzləşdirilmiş şəkildə işçilər gətirməsi planlaşdırılır. Pilot layihə olaraq ilk növbədə 10 min işçinin tikinti sahələrinə cəlbi nəzərdə tutulub.

Tikinti Nazirliyindən avqustun əvvəlinə olan məlumata görə, Rusiyanın tikinti sahələrində 3 milyon nəfər işçi qüvvəsinə ehtiyac var.

Qeyd edək ki, Azərbaycanlılar da Rusiyaya tikinti sektorunda işləmək üçün üz tuturlar.Azərbaycanlı əmək miqrantları əsasən, iqlim şəraitinin yaxınlığına görə Dağıstan, Rostov və Samaranı seçirlər.

Tərcümə etdi: İlhamə, Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »