Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ACROB” hər cür maneəni aşır, kəşfiyyat və müşahidə aparır... - Video
“ACROB” hər cür maneəni aşır, kəşfiyyat və müşahidə aparır... - Video

Türkiyənin hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması və tətbiqi sahəsində daha bir nailiyyət ortaya qoyub.

virtualaz.org xəbər verir ki, ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter səhifəsindən “ACROB” pilotsuz yerüstü maşınların (insansız kara araçları-İKA) quru qoşunlarının silahlanmasına daxil edildiyini açıqlayıb.

Məlumatda deyilir ki, “Acrob” İKA-ları döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.

Yerüstü pilotsuz maşın Ankarada mənzillənmiş “Elektroland Defense” firması tərəfindən işlənib hazırlanıb. Beləliklə, Türkiyə öz silahlanmasına yerüstü insansız sistemləri daxil olan bir neçə ölkədən biri olub.

“Elektroland Defense” firması həmçinin “Acrob” robotlarının əllə atıla bilən, kəşfiyyat və müşahidə aparılması üçün nəzərdə tutulmuş mini versiyasını da işləyib hazırlayıb. Bu robotlar 600 metrə qədər məsafədən idarə edilə bilir, 5 kiloqram ağırlığındadır və çətin keçilən relyeflərdə, sığınacaqlarda, mağaralarda hərəkət edir.

Xatırladaq ki, Türkiyə pilotsuz uçan aparatlar və döyüş PUA-ları sahəsində sürətlə dünya liderlərindən birinə çevrilməkdədir.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »