Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soçi görüşməsi: Tərəflər bir-birlərinə nə vəd ediblər...
Soçi görüşməsi: Tərəflər bir-birlərinə nə vəd ediblər...

Dünən oçidə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş keçirilib.

Təkbətək keçirilən 3 saatlıq görüşün təfərrüatı barədə məlumat verilməsə də, tərəflərin görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiyi bildirilib.

Siyasi şərhçilərin bir çoxu bildirir ki, Ərdoğan görüşdən narazı ayrılıb, çünki masada İdlib məsələsi müzakirə olunub.

"Ərdoğan Putin görüşməsində əsas məslə İdliblə bağlı idi. Rusiya iddia edir ki, Türkiyə İdlibdə üzərinə götürdüyü radikal təşkilatlarla bağlı öhdəliyə əməl etməyib və ümumiyyətlə Türkiyənin bölgədən geri şəkilməsini tələb edir.Türkiyənin Suriya ilə bağlı yanaşması 2 istiqamətdədir. Bunun biri İdlibdir. İdlibdə 3 milyona yaxın insan yaşayır və İdlib vurularsa Türkiyə qaçqın axınına məruz qalacaq. Qeyri -rəsmi məlumata görə, Türkiyədə 8 milyona yaxın suriyalı yaşayır. Yeni köç dalğası onsuz da həssas olan Türkiyə iqtisadiyyataına zərbə ola bilər. İkincisi, Türkiyənin özünün də bir növ təşkil etdiyi Azad Suriya Ordusu Suriyanın şimalında dəhlizlər açdı, PKK-çıların həlqəsini yardı və dağıtdı",- deyə siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya açıqlamasında bildirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

Onun sözlərinə görə, indi Afrin və İdlibdə Rusiya təzyiqi artırmaqdadır: "Türkiyə istəyir ki, İdlib bombalanmasın, orada qaçqın axını olmasın və Suriyanın Şimalında PKK qruplarına qarşı əməliyyatları genişləndirə bilsin. Axşamdan xəbərlər yayılır ki, Türkiyə İdlibdən, Rusiya isə Tel-Rifat Minbicdən geri çəkilir . Lakin belə bir hərəkətlilik hələlik qeydə alınmayıb. Türkiyə qoşunları aktiv şəkildə gözləməkdədir. Türkiyə İdlibi verə bilərsə, qarşılığında Minbicdə PKK-nın Türkiyə tərəfindən əzilməsinə icazə verilməlidir. Türkiyə İdilibi yox, onun cənubundan keçən M4 yolu üzərindəki Hələbin cənubunu Rusiyaya versə, onlar məmnun qala bilər. Hesab edirəm ki, tam məlumat verilməsə də, Soçidə bu razılaşmalr qeydə alınıb",- deyə ekspert bildirir.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »