Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranı narahat edən “sionist rejim” camış ferması imiş - Mövqe
İranı narahat edən “sionist rejim” camış ferması imiş - Mövqe

Yəqin ki, oxucularımızın çoxu sosial şəbəkələrdə yayılan məlum videonu izləyib. Bir qadın molla şəhid məzarı yanında durub və şəhid anasının kədərindən sui-istifadə edərək, nəinki siyasi, hətta antisemit çıxışlar edir, İsrail və yəhudilərin əleyhinə danışır.

Adama qayıdıb deyərlər ki, sənin işin dini ayin aparmaqdır, ya siyasi çıxışlar etmək? Bundan əvvəlki yazılarda da demişdim, İranla münasibətlərdə ehtiyatlı davranmalıyıq, çünki içimizdə emissarları az deyil.

Lakin bundan sonra, İran bizimlə ehtiyatlı davranmalı olacaq. Çünki İranın içində bizim soydaşlarımız az deyil. Onlara heç bir maliyyə göndərilmir, aylıq maaş kəsilmir. Amma İran adlanan dövlətdə minlərlə, hətta milyonlarla insan sekulyar cəmiyyət yaratmağın arzusundadır. Əlbəttə, ola bilər ki, onlar indi susurlar. Amma baxın görün, ilk məqamda nələr ola bilər. 27 sentyabrda yaşadıqlarımız hələ bizə yuxu kimi gəlir.

Şəxsən, özümdən deyirəm: “Bu gün dayanacağıq, sabah dayanacağıq”. Hər günün bir hökmü, hər zamanın öz möcüzəsi var. Prezident “Anadolu Ajansı”na müsahibəsində açıq şəkildə dövləti narahat edən məqamlara toxundu. Bu toxunuş meydan oxumaq deyildi. Açıq və şəffaf diplomatik dialoqa çağırış idi. Hər iki tərəf bir masaya oturmalı, bir-birindən narazı qaldığı məqamları ortaya qoymalıdır. Əlbəttə ki, konsensus da olacaq. Dialoqun həll etdiyi problemi top-tüfəng də həll edə bilmir.

İran tərəfi nə etdi... XİN sözçüsü bəyanat verdi ki, “sərhədlərimizdə sionist rejimin olmasına susqun qala bilmərik”. Mənə bu bəyanat maraqlı gəldi. Bir az internetdə qurdalandım. İsrail səfiri Corc Dikin 7 iyun 2021-ci il tarixində mətbuatda dərc olunan açıqlaması ​ rastıma çıxdı.

“Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Azərbaycanın ilk ağıllı şəhəri yaradacağı məhz bu yerdə İsrail şirkətinin süd təsərrüfatı qurulacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə yaradılacaq. Sonra məhsullar yaxındakı İtaliya fabrikinə veriləcək. İtaliya fabiriki isə pendir və digər süd məhsulları istehsal edəcək”, - səfir bildirib (report.az).

Bir az da maraqlandım. Sən demə, söhbət camış fermasından gedirmiş. İran bizim ölkəmizdə İsrail şirkətinin camış ferması açmasından narahat olur.

Nə deyim, bilmirəm. Allah köməkləri olsun... Camışların.

Rüfət Əhmədzadə Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »