Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qazın qiyməti tarixi rekordu yeniləyib
Avropada qazın qiyməti tarixi rekordu yeniləyib

Sentyabrın 29 -da ticarət zamanı Avropada qazın qiyməti yenidən tarixi rekordunu yeniləyib və 1000 kubmetr üçün 1050 ABŞ dollarını keçib.

"Report" xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

Beləliklə, Hollandiyadakı TTF mərkəzindəki noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1054 ABŞ dollarına yüksəlib. Günün əvvəlindən qaz qiymətlərində ümumi artım 10%-dən çoxdur.

Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 1051 ABŞ dolları təşkil edir.

Bir gün əvvəl Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 ABŞ dollarını keçib.

Son xəbərlər
Bütün xəbərlər »