Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satınalmalarda qalib olan şirkətlərlə bağlı iradlara münasibət
Satınalmalarda qalib olan şirkətlərlə bağlı iradlara münasibət

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov dövlət satınalmalarında iştirak edən və qalib elan olunan şirkətlər barədə səsləndirilən iradların nə dərəcədə əsaslı olub-olmamasına aydınlıq gətirib.

“Qafqazinfo” Əhməd Həsənovun müsahibəsini təqdim edir:

- Tenderdə iştirak edən şirkətin nizamnamə kapitalının miqdarı minimum neçə manat təşkil etməlidir?

- Son zamanlar KİV-də yeni yaranmış və nizamnamə kapitalı az olan sahibkarlıq subyektlərinin (məsələn; 10 manat, 100 manat və s.) irihəcmli tenderlərdə iştirakı məsələsi tez-tez gündəmə gətirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində MMC və SC-lərin qeydiyyata alınması üçün konkret minimum məbləğ tələbi müəyyən edilməyib. Eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericilikdə MMC və SC-lərin satınalma prosedurlarında iddiaçı qismində iştirakı üçün də belə tələb yoxdur.

- Yeni yaranmış sahibkarlıq subyektləri tenderdə iştirak edə bilərmi?

- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Mikro, kiçik və orta sahibkarlarlıq subyektlərinin tenderdə iştirakına şərait yaradılması məsələsinə gəlincə isə, həmin Qanunun 50-1-ci maddəsində ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.

- Borcu olan şirkət tenderin qalibi elan edilə bilər?

- Qalib elan edilə bilər. Burada əsas tələb qalib şirkətin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »