Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın keçmiş müdafiə nazirinin evində axtarış aparılıb
Ermənistanın keçmiş müdafiə nazirinin evində axtarış aparılıb

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın yaşadığı evdə axtarış aparılıb.

Bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, axtarışdan sonra David Tonayana qarşı ittiham irəli sürülə və o, tutula bilər.

Qəzetin yazdığına görə, Tonoyandan sonra növbə keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahınn keçmiş rəisi Yuri Xaçaturovundur.

Qeyd edək ki, D.Tonayan İkinci Qarabağ müharibəsi zaman Ermənistanın müdafiə naziri olub. 2020-ci il noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, 2019-cu ilin yayında Ermənistanın müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.(report)

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »