Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran generalı Qulaməli Rəşid: “Xaricdə altı ordu yaratmışıq...”
İran generalı Qulaməli Rəşid: “Xaricdə altı ordu yaratmışıq...”

İranın yüksək rütbəli hərbi rəislərindən general Qulaməli Rəşid bildirib ki, İslam Respublikasının ölkə hüdudlarından kənarda “altı ordusu” var.

virtualaz.org “Əl-Ərəbiyə” kanalına istinadən xəbər verir ki, general Qulaməli Rəşif İnqilab Keşikçiləri Korpusunun “Hatam əl-Anbiyə” hava hücumundan müdafiə bazasının komandanıdır. O, fəxrlə bildirib ki, İranın xaricdə yaratdığı “ordular” indi İslam Respublikasına işləyir.

General deyib ki, bu orduların ideoloji yükü var və onların missiyası İranı istənilən xarici hücumdan müdafiə etməkdir. Bu xarici ordular Livandakı “Hizbullah”dan, Fələstindəki HƏMAS və “İslami cihad”dan, Suriyada iranyönümlü qruplaşmadan, İraqda “Həşdi əş-Şaabi” qruplaşmasından və Yəməndəki husilərin “Ənsan Alla” qruplaşmasından ibarətdir.

Qulaməli Rəşid qeyd edib ki, İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymani öldürülməzdən əvvəl həmin xarici ordulardan bəhs etmişdi. “Bildirmişdi ki, o İran ərazilərindən kənarda altı ordu yaradıb”,-o xatırladıb.

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »