Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar arasında yayılan öskürəyin qarşısını necə almaq olar... - Həkim məsləhəti
Uşaqlar arasında yayılan öskürəyin qarşısını necə almaq olar... - Həkim məsləhəti

Havaların soyuması, fəslin dəyişməsi azyaşlı uşaqlarda müxtəlif virus infeksiyalarının yaranmasına səbəb olub. Xüsusilə də bağçaya, məktəbə gedən uşaqlar arasında kəskin öskürək halları artıb.

Pediatr Nurəngiz Hacıyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, öskürək tənəffüs yollarının təmizləmə mexanizmidir və uşaqlar gün ərzində öskürə bilərlər.

Nurəngiz Hacıyeva Nurəngiz Hacıyeva

“Çünki nəfəs aldığımız hava heç də tam təmiz deyil, bəzən isə quru olur ( isidicilər havanı qurudur). Öskürəklə orqanizm toplanan selikdən özünü təmizləyir. Uşaqlarda burundan axan selik öskürəyin ən çox rast gəlinən qıcıqlandırıcı səbəblərindən hesab edilir. Belə öskürək çox vaxt uşaq uzanıq vəziyyətdə olarkən kəskinləşir. Odur ki, öskürək başlanan dövrdə burun yollarına dəniz suyu damızdırmaq, bəlğəmin qatılaşmasına imkan verməmək lazımdır.

Çox vaxt öskürək soyuqdəymə, bronxit, göy öskürək, qrip və pnevmoniya kimi nəfəs yollarının xəstəlikləri və digər amillər, məsələn, allergiya, yer fındığı və ya kiçik oyuncaqlar kimi yad cisimlərin udulması, boyanın qoxusu, siqaret tüstüsü və ya həşərat əleyhinə spreylərin nəfəsə gedib müvəqqəti qıcıqlanma yaratması nəticəsində baş verə bilər”.

Həkimin sözlərinə görə, öskürəklərin əksəriyyəti viruslu infeksiyalardan yaranır və antibiotiklərə reaksiya vermir.

“Ona görə də virus fonunda yaranan öskürəyin müalicəsində antibiotiklər məsləhət görülmür. Əgər öskürəyə virus səbəb olubsa, sadəcə, onun gedişatına baxmaq lazımdır. Viruslu infeksiyalar iki həftə çəkə bilər. Öskürəyin 4 həftədən çox davam etməsi daha çox xroniki xəstəlikdən xəbər verir. Bu, xüsusilə soyuqdəymələrin çox baş verdiyi payız aylarında, uşaq bağçaya və ya məktəbəqədər təhsil müəsisəsinə getdiyi hallarda olur. Bu öskürək uşaqdan daha çox (treotable) ətrafda olan insanları narahat edir.

Öskürəyin müalicəsində isə öskürəyin derhal kəsilməsinə deyil, öskürəyin effektiv xaric olmasına nail olmaq lazımdır. Bunun üçün həkim təyinatı ilə dərmanlar təyin edilir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »