Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Covid pasportu ali məktəb qapıları qarşısında izdiham yaradıb
Covid pasportu ali məktəb qapıları qarşısında izdiham yaradıb

Bu gün ali məktəblərdə dərslərin başlanmasına yəqin ki, hər təhsil müəssisəsi öz daxili qaydaları əsasında hansısa formada hazırlaşıb. Bir çox kollec və universitetlərdə yuxarı kurs tələbələrinə dərsə sabah gəlmək tapşırılıb.

Bu I kurs tələbələrinin qeydiyyata alınması, Covid pasportlarının yoxlanması zamanı qarışıqlıq yaranmasın deyə edilib. Amma bəzi universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Ən çox sıxlıq Bakı Dövlət Universitetinin (BDU) qarşısında müşahidə olunub.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyevanın açıqlamasına görə, birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub, bundan əlavə, hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanıldığına görə, uzun uzadı növbələr yaranıb".

Yəqin ki, tələbələrin covid pasportlarının olması məsələsi bir dəfəlik yoluna qoyulmasa bu xaos bir həftəyə qədər davam edəcək.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »