Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Ərdoğan heç bir sənəd imzalamayacaqlar
Putinlə Ərdoğan heç bir sənəd imzalamayacaqlar

"Rusiya dövıt başçısı Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılmır".

Bizimyol.info xəbər verir ki, bu barədə TASS -a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Jurnalistin, "danışıqlardan sonra hansısa sənədlərin imzalanacağı gözlənilirmi?" sualına, Peskov, "xeyr. Heç bir sənədin imzalanacağı gözlənilmir", -deyə cavab verib.

Putin və Ərdoğan bu gün - sentyabrın 29-da Soçidə görüşəcəklər.

Qeyd edək ki, gözlənilən danışıqlarla bağlı ilk açıqlamada Kremlin mətbuat xidməti, "danışıqlarda Rusiya-Türkiyə tərəfdaşlığının siyasi, ticarət və iqtisadi sahələrdəki müxtəlif aspektlərinin, Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır", - deyə məlumat vermişdi.

Türkiyə Prezidenti də çıxışlarında, Putinlə Suriya mövzusunda danışıqlardan "ciddi gözləntilərin" olduğunu qeyd etmişdi. Həmçinin, onun sözlərinə görə, Ankara Moskva ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa və ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağa çalışır. Bundan əlavə, avqust ayında Türkiyə prezidenti Rusiyaya qarşıdakı səfəri zamanı digər şeylərlə yanaşı S-400 zenit-raket komplekslərinin ikinci mərkələsinin detallarını müzakirə etmək niyyətində olduğunu söyləmişdi.

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »