Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada hansı köhnə sovet avtomobilini sevirlər... - Foto
Yaponiyada hansı köhnə sovet avtomobilini sevirlər... - Foto

SSRİ-nin istehsalı olan avtomobillər hələ də postsovet məkanında populyarlığını itirməyib. Təkcə Azərbaycanın yox, başqa keçmiş sovet republikalarının yollarında belə maşınlar çox şütüyür. Xüsusilə ucqar kəndlərdə SSRİ-nin istehsalı olan ağır avtomobillər gözə dəyir.

Bizimyol.info xəbər verir ki, Yaponiya mediasında yerli insanların sovet maşınlarından hansını daha çox bəyənməsi barədə yazı dərc olunub. Böyük əksəriyyət daha çox bir marka üzərində dayanıb. Həmin yazıdan Yaponiyada UAZ-452-nin xeyli bəyənilməsi qənaətinə gəlmək olar.

Dünya avtomobil bazarında krossoverlərin xüsusi çəkisi var. Çünki asfalt yollar olmayan yerlərdə bu qəbildən maşınlar çox köməyə çatır. Hətta şəhər şosselərində də krossoverlər yaxşı işə yarayır. UAZ-452 isə sanki xeyli üstünlükləri özündə cəmləşdirirdi. Əlbəttə, Yaponiyada da insanlar o fikirdədir ki, bu sovet maşını həmin dövrdə Qərbin, uzaq Şərqin istehsalat nümunələri ilə müqayisədə geri qalırdı. Yəni böyük keyfiyyətdən söhbət getməyə bilər. Amma UAZ-452 Qərb maşınlarından xeyli ucuz sayılırdı. Əvəzində sovet avtomobili çətin yolların öhdəsindən yaxşı gəlirdi.

UAZ-452 ilk dəfə avtomobil bazarında 1965-ci ildə görünmüşdü. İstehsalat zamanı xeyli versiyaları nəzərdə tutulmuşdu. Məsələn, sanitar avtomobillərin SSRİ-nin şimalında istifadəsi planlaşdırılmışdı. Furqonlu və ya ictimai nəqliyyat üçün hesablanan variantlar da az populyar deyildi. Amma ənənəvi format bu günə qədər əhəmiyyətli sayılır. Postsovet məkanında UAZ-452-nin hələ də dəbdən düşmədiyini demək olar. Vaxtilə “Buxanka” adlanan maşının yenə sevildiyinə şübhə yoxdur.

UAZ-452, "Buxanka" UAZ-452

SSRİ dağılandan sonra bu sovet avtomobili istehsalat səhnəsindən tam yoxa çıxmayıb. Rusiya müəyyən ənənələri davam etdirməyə çalışır. 2018-ci ildə “Əfsanəvi sovet avtomobilləri” layihəsi çərçivəsində UAZ-452V müştərilərin xidmətinə verilib. 8600 belə maşın istehsal olunub. Format, demək olar, dəyişməyib. Sarı rəngdə olan versiyası polis əməkdaşlarının ixtiyarına verilib. Ayrıca UAZ-452 klassik avtomobil həvəskarlarının da diqqət mərkəzindədir.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »