Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya adasına miqrant axını güclənib
İtaliya adasına miqrant axını güclənib

İtaliyanın Lampeduza adasının taleyinə Afrikadan, Asiyadan gələn miqrantları qəbul etmək düşüb. Bu yaşayış məskəninə daim dəstə-dəstə əcnəbilər üz tutur. Onlar əsasən Liviyadan yola çıxır. Miqrantlar kiçik qayıqlarda həyatını riskə atır. İndiyə qədər xeyli afrikalı, asiyalı Lampeduza adasına çatmadan yolda boğulub.

Bizimyol.info xəbər verir ki, təkcə son bir sutkada İtaliya adasına 700 miqrant gəlib. Ölkənin ən cənub nöqtəsində gəlmələri qəbul etmək üçün yer var. Amma bura yalnız 250 nəfər üçün nəzərdə tutulub. Hərçənd, miqrantların qəbulu məntəqəsində onların sayı 1000-i keçib.

İtaliya hökuməti çox çətin duruma düşüb. Lampeduzaya miqrant axını çox artıb. İtaliya Avropa İttifaqını problemin həlli üçün sıx əməkdaşlığa çağırıb.

2021-ci ildə Aralıq dənizi ilə İtaliyaya keçən ilə nisbətən iki dəfə çox miqrant gəlib. Söhbət 45 min əcnəbidən gedir. Bu yolla ümumilikdə 73 min miqrant Avropaya ayaq basıb. Daha 5 min nəfərin quru yollarla köhnə qitəyə keçdiyi bildirilir. BMT-nin hesablamalarına görə, yolda 1200 nəfər həyatını itirib.

İtaliyaya əvvəlki illərdə bu qədər miqrant üz tutmazdı. Məsələn, cənub ölkəsinə 2019-cu ildə 7090 əcnəbi qanunsuz yollarla keçmişdi.

Miqrantlar Avropaya daha çox Kirp, İtaliya, İspaniya və Yunanıstan ərazisindən ayaq basırlar. Bu il gələnlərin böyük hissəsi İtaliyanı seçib (44 min 212 nəfər). İspaniyaya da az miqrant gəlməyib (25 min 820 nəfər). Yunanıstan (5961) və Kipr (1190) sonrakı yerləri tutur.

Bütün bunların fonunda bir sıra beynəlxalq təşkilatların 20 ölkədən olan avropalı məktəblilərlə birlikdə Lampeduzada 4 günlük aksiya keçirmək istəyi diqqət çəkir. Onlar 2013-cü il oktyabrın 3-də baş vermiş faciəni anmağı düşünürlər. Səkkiz il əvvəl gəmi qəzasında 368 miqrant həlak olmuşdu.

Aksiyanın təşkilatçıları inanır ki, İtaliya adası təkbaşına miqrant axının qarşısını ala bilməz. Brüssel mütləq köməyini ortaya qoymalıdır.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »