Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC-in baş katibi: "Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq"
OPEC-in baş katibi: "Pandemiya bitəndə neftə tələbat bərpa olunacaq"

"Pandemiyanın ən pis mərhələsi bitəndə neftə tələbat bərpa olunacaq".

"Report" xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "Bloomberg"ə müsahibəsində deyib.

Barkindo pandemiyanın bitməsinin ölkələr arasında sərhədlərin yenidən açılmasına və səyahətlərin bərpasına töhfə verəcəyini bildirib.

O, qeyd edib ki, bərpa yavaş və qeyri-bərabər ola bilər.

"Məsələ OPEC + ölkələrinin 4 oktyabr görüşündə daha ətraflı şəkildə müzakirə olunacaq", - baş katib vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »