Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Dünən, sentyabrın 27-də işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edirəm və şəhidlərimizi rəhmətlə anıram”.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.

“Qarabağ Azərbaycandır! Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. İşğalın başa çatmasından sonra regionda sabitliyin bərqərar olması üçün hər cür dəstəyi veririk. Gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - M. Şentop vurğulayıb.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »