Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sünnətin cinsi həyata heç bir təsiri yoxdur"
"Sünnətin cinsi həyata heç bir təsiri yoxdur"

Psixoanalizin təməlini qoyan Siqmund Freyd, Oedipus kompleksi haqqında qeyd edərkən bildirib ki, bu kompleks ilə sünnəti əlaqələndirib.

Freydə görə, sünnət oğlan uşaqlarının anasına olan həsrəti göstərmək məqsədilə, cəmiyyət qarşısında həyata keçirilən bir əməliyyatdır. Oğlan uşağı sünnət olaraq kişiliyə addım atır və anası ilə bağlarını tamamilə qoparmış olur.

Qeyd edək ki, sünnət Yəhudi dini inancında daha böyük yer tutur. Tanaha görə, YVHV (ibrani tanrısı) İbrahimə və soyundan gələnlərə sünnət olmalarını əmr edib. Bu inanca gör  yəhudilər, doğumun 8-ci günündə uşaqlarını sünnət edərlər. Yəhudi din adamları, sünnətin kişi və partnyorunun cinsi zövqünü azaltma məqsədi daşıdığını qeyd edir. Məsələn; Miladdan əvvəl 20 - Miladdan sonra 54-cü illər arasında yaşayan Yəhudi ilahiyyatçı Filo, sünnətin ilk hədəfini belə açıqlayır:

"Bütün zövqlər içində ən başda olanı cinsi hisslər olduğundan, cinsi birləşmə orqanını yaralamaq həm bu zövqü həm də bunun qaynağı olan digər bütün zövqləri əngəlləyir".

Sünnət cinsi həzzi azaldırmı?

Sünnətin cinsi həzzi azaldıb, azaltmaması məsələsi uzun illərdir ki, müzakirə edilir. Sünnətin cinsi zövqü azaltdığını düşünən kişilər, sünnətsiz kişilərin cinsi olaraq daha çox keyif və həzz yaşadığını düşünür.

Uroloq-cərrah Rəşad Əliyev deyir ki, sünnət olunan kişilərdə bəzi infeksiyalar və xərçəng sünnət olmayanlara görə daha az ortaya çıxır. Sünnət olan uşaqlarda sidik yolları infeksiyası 20 dəfə az olur.

Eyni zamanda, sünnət, cinsi yolla yoluxan xəstəliklərin qarşısını alır. Sünnətli kişilərin partnyorlarında cinsi orqanlarda xərçəng riski az olur.

"Son illər aparılan araşdırmalar göstərir ki, sünnət cinsi zövqü azaltmır, əksinə bəzi kişilərdə bu hissi artırır. 2013-cü ildə aparılan bir araşdırmaya görə, sünnət penis həssaslığına, cinsi oyanmaya, sərtləşməyə, boşalma müddətinə, orqazma heç bir təsir etmir. Hətta bəzi araşdırmalara görə, sünnət boşalma müddətini uzadır. Yəni, sünnətin cinsi həyata heç bir təsiri yoxdur".

Həkim əlavə edib ki, cinsi problem yaşayan kişilər, bunu sünnətlə əlaqələndirməyib həkimlə məsləhətləşsə daha yaxşı olar.

Quran-i Kərimdə sünnət haqqında qeyd edilməyib...

Bəli, Qurani Kərimdə sünnət haqqında heç bir məlumat yoxdur. Sünnət, islamın tələbidir və müsəlman oğlanların sünnət etdirilməsi vacib əməl sayılır. İlahiyyatçıların fikrincə, sünnət barədə Quran-i Kərimdə buyurulmasa da, peyğəmbərlə bağlı müxtəlif hədislərdə sünnət barədə kifayət qədər məlumat var.

İlahiyyatçı Ramil Süleymanov bildirib ki, Quran-i Kərimdə "Peyğəmbərin dediklərinə əməl edin" ifadəsi sünnətin də vacib olduğunu bildirir: "Peyğəmbərimiz özü də sünnət olunub. Onun yanındakı sahəbələr də. Bu buyuruq olmasaydı, Allah tərəfindən olmasaydı, edilməzdi. Bəli, Qurani Kərimdə bu barədə olmaya bilər. Amma peyğəmbərin qəbul etdiyi hər kəsə qəbuldur"...

Qeyd edək ki, İslam dininin əsas şərtləri Quran-i Kərim üzərində qurulub. Müsəlmanlara Quran-i Kərim vasitəsilə bəzi məlumatlar aydın olur. Sünnət barəsində məlumatlar isə, sadəcə dildən-dilə ötürülən, bəzi tarixçilərin qələmindən tökülərək bu günümüzə gəlib çıxan hədislərdə yer alıb.

Bu günün insanı, bu hədislərə inanmaya bilər. Ancaq elmi baxımdan da sünnətin zərərləri haqqında konkret araşdırmalar yoxdur. Odur ki, bu fərdin şəxsi seçiminə qalıb. Kim istəyirsə, inanırsa edə bilər. Kim istəməsə yox...

İlahin, Bizimyol.info

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »