Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə-Azərbaycan ittifaqı Rusiyaya meydan oxuya biləcək bir gücdür” - Rusiya politoloqu
“Türkiyə-Azərbaycan ittifaqı Rusiyaya meydan oxuya biləcək bir gücdür” - Rusiya politoloqu

Qarabağda baş verən hadisələrə rus politoloqların bitərəf baxışını bilmək maraqlı olardı. Elə buna görə, bizimyol.info Rusiya mediasında poliutoloq Aleksand Jelanin tərəfindən  qələmə alınmış məqaləni təqdim edir.

"Rusiyanın xarici siyasətinin inkişaf xarakteri onu göstərir ki, NATO ölkələri arasında  ixtilaf yaratmaq üçün Türkiyə ilə yaxınlaşmağa razı ola bilər.

Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin başlamasından düz bir il keçir. 2021 -ci ilin iyununda Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası yenidən Ermənistanda keçirilən parlament seçkilərində qalib gəldi və ölkədəki bəzi siyasi qüvvələr onu "kapitulyator" adlandıraraq bu məğlubiyyətdə ittiham edirlər. Ermənistan xalqı məğlubiyyətin acısına baxmayaraq Sülh Partiyasına səs verib və indi öz vətənini inkişaf etdirməyə başlaya bilər. Lakin hər şeyin Ermənistan xalqından və onun liderlərindən asılı olmadığını söyləmək lazımdır. Bir sıra əlamətlər bu münaqişənin hələ bitmədiyini göstərir - Azərbaycan Türkiyə ilə birlikdə böyük ehtimalla İrəvanı "sıxışdırmağa" çalışacaq",- deyə politoloq bildirib.

"Anadolu" xəbər agentliyi bir müddət əvvəl dərc etdiyi məqalədə “Türkiyə kimi bölgədə güc balansını təyin edə biləcək bir ölkənin Ermənistana rəsmi olaraq şərtlər irəli sürəcəyini, İrəvandan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməmək vədi almasını gözləmək olardı. Bu yazıda İrəvana "Ermənistan səmimi bir iradə nümayiş etdirməli və bölgədə öz ambisiyaları olan xarici qüvvələrin oyunlarına təslim olmamalıdır" tövsiyəsi də verilir",- deyə yazılmışdı.

Elə bu gün, BMT Baş Assambleyasının 76-cı sessiyasının iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev "artıq Dağlıq Qarabağ adlı bir inzibati ərazi vahidi yoxdur" dedi. Öz növbəsində, Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının eyni sessiyasında ölkəsinin dialoqa hazır olduğunu söylədikdən sonra bəyan etdi: “Artsax xalqının (tanınmamış Dağlıq Qarabağ Respublikası) qətiyyəti güclə dayandırıla bilməz, münaqişə güc yolu ilə həll edilmiş sayıla bilməz ".

Azərbaycanlılar bütün Qarabağın öz ölkəsinin "suveren ərazisi" olduğunu və sülhməramlı qüvvələrin yalnız "Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində" müvəqqəti yerləşdirildiyini xatırlatmaqdan yorulmurlar. Buna cavab olaraq, Ermənistan 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin 4,4 min kvadrat kilometr ərazisindən 3 mininin Rusiya sülhməramlıları tərəfindən idarə olunduğunu israr edir və bu mandat qeyri-müəyyən müddətə uzadıla bilər.

Burada xüsusilə diqqəti çəkir ki,  bu mövzuda Kremlin rəsmi nümayəndələrindən heç bir siyasi bəyanat eşitmirik - hətta Bakı və Ankaranın demarşlarından, İrəvanın  bəyanatlarından da sonra. Rusiya bu təhlükəli kəskin hərəkətlərə reaksiya vermək əvəzinə İrəvana yalnız Qazpromun rəhbəri Aleksey Millerin göndərilməsi ilə kifayətlənir. O, yalnız ikitərəfli iqtisadi problemləri müzakirə edir.

Ermənistan Moskvanın rəsmi müttəfiqi olaraq, hazırda daha güclü regional oyunçuların - Rusiya və Türkiyənin böyük geosiyasi oyununun piyadasıdır. Belə bir təəssürat yaranır ki, Kreml, prinsipcə, özündən daha vacib olan işlər naminə bu zəif fiquru qurban verməyə hazırdır. Və təkcə bölgədə deyil, dünyada da. Güman edə bilərəm ki, hadisələrin inkişafını yaxından izləyənlərin bir çoxunda bu gün yox, bir il əvvəl, Moskva KTMT-də rəsmi müttəfiqinin müdafiəsinə qalxmadığı zaman belə bir hiss var idi. Üzv ölkələrin yalnız beynəlxalq səviyyədə tanınan ərazilərinə hücum edildiyi təqdirdə digər üzvlərin köməyinə gəldiklərinə dair əsassız çıxışlar o qədər də inandırıcı görünmür. Moskvanın öz sülhməramlılarını Dağlıq Qarabağa soxması fikrinə etiraz etmirəm. Bu, rəsmi müttəfiqinin tam məğlubiyyətindən sonra və yəqin ki, daha çox öz simasını xilas etmək üçün edildi. Hamını və hər kəsi təhdid edən güc, belə bir vəziyyətdə heç olmasa, bir şey etməli idi. Məsələn, bir müddət dünya siyasətinin şahinindən göyərçinə çevrilməli və təvazökar  sülhməramlı kontingenti  şəklində regiona girməliydi. Ermənistanın məğlubiyyətindən sonra Cənubi Qafqazda  güclü bir Türkiyə-Azərbaycan ittifaqı quruldu. 700 minlik Türkiyə ordusu, bir çox komponentdə Rusiyadan daha yaxşı silahlanmış, üstəlik, yaxşı təlim keçmiş zabitləri və yüz minlik Azərbaycan ordusu Qarabağda daha inandırıcı və qalib görünürlər. Rusiyaya meydan oxuya biləcək bir gücdür. Bəli, Rusiya Federasiyasının nüvə silahı kimi bir  təsir aləti var, ancaq bundan Türkiyəyə qarşı istifadə edilərsə, Şimali Atlantika İttifaqı avtomatik olaraq münaqişəyə qarışacaq. Gördüyümüz kimi digər dövlətlərin (məsələn, Pakistan və Qətər) tədricən qoşulduğu Türkiyə və Azərbaycan ittifaqı heç bir şəkildə "zəif" deyil və bu, diqqətdə saxlanılmalıdır...

Həm də unutmaq olmaz ki, bu gün Rusiya Qərblə qarşıdurma vəziyyətindədir. Kreml Avropa və ABŞ arasındakı  istənilən  kiçik ziddiyəti genişləndirməkdə və istifadə etməkdə maraqlıdır. Belə bir "çat" Rusiyanın iştirakı olmadan ortaya çıxsa belə, dərhal Kreml tərəfindən istifadə olunur. Bu yaxınlarda Avstraliyanın Fransa sualtı qayıqlarını almaqdan imtina etməsi və Çin əleyhinə AUKUS ittifaqının yaranması ilə əlaqədar olduğu kimi. NATO ölkələri arasında boşluq, çatlar yaratmaq məqsədi ilə Moskvanın Ankara və Bakı arasında  isti əlaqələr qurması böyük  siyasətinin bir parçasıdır.

Bəzi Ermənistan siyasətçiləri və ekspertləri bu şəraitdə demək olar ki, hər şeyə hazırdırlar. Məsələn, hətta Rusiya və Belarus Birliyinə daxil olmağı təklif edərək öz ölkələrinin suverenliyini qurban vermək istəyirlər. Ancaq yuxarıdakıları nəzərə alaraq bu qurbanın Kreml üçün lazım olub-olmaması  artıq böyük bir sualdır.

Bütün bunlar 2020 -ci ilin fevral ayında İdlibdə baş verənlərə çox bənzəyir. Türkiyə Suriya və Rusiyanın hərəkətlərinə cavab olaraq, əlavə olaraq bir neçə min əsgər və yüzlərlə hərbi texnikanı bölgəyə çəkdi. Aydındır ki, bütün bu hadisələr fonunda Ermənistanın taleyi arxa plana keçir. Ancaq Rusiya-Suriya koalisiyası keçən il İdlibdəki məğlubiyyətinin qisasını ala bilsə, İrəvanın bütün Qarabağı itirməmək və Zəngəzur nəqliyyat dəhlizi ideyasını qeyri-müəyyən  müddətə təxirə salmaq şansı ola bilər. Bu, İrəvanı Moskvaya daha da bağlamış olacaq.

Başqa sözlə, Ermənistanın həm bir halda, həm də digər halda müstəqil və sərbəst inkişafı əlçatmaz olaraq qalacaq",- deyə rusiyalı müəllif yazıb.

Hazırladı: İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »