Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABA-dan xəbərdarlıq: "Vətəndaşlar kart məlumatlarını paylaşmasınlar"
ABA-dan xəbərdarlıq: "Vətəndaşlar kart məlumatlarını paylaşmasınlar"

Azərbaycan Banklar Assosiasiyası, vətəndaşların kart məlumatlarınınnın istənilməsi ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, son zamanlar Azərbaycan Banklar Assosiasiyası (ABA) və bankların adından vətəndaşlara dələduzluq məqsədiylə zənglər edilib və kart məlumatları istənilib. Vətəndaşların fırıldaqçı tələsinə düşməsini önləmək məqsədiylə ABA tərəfindən xəbərdarlıq xarakterli məlumat paylaşılıb. Məlumatda deyilir:

"Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır. Bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır.

Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda ABA adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir.

Nəzərinizə çatdırırıq ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə, kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur."

Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumatlandırma məqsədiylə vizual material hazırlayıb. Materialda aşağıdakı məlumatların digər şəxslərlə, hətta bank əməkdaşlarıyla və ya özünü bank əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşılmaması tövsiyyə olunur:

  • Kartınızın pin kodu
  • Mobil nömrənizə SMS ilə gələn 3D Secure kodu
  • Kartın arxasında olan 3 rəqəmli CVV kodu

ABA-dan xəbərdarlıq: "Vətəndaşlar, kart məlumatlarını paylaşmasınlar"

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »