Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Azərbaycanla Ermənistan arasında "yeni razılaşmanı" açıqlayıb
Lavrov Azərbaycanla Ermənistan arasında "yeni razılaşmanı" açıqlayıb

Ötən ilin noyabrında Qarabağda hərbi əməliyyatların tam dayandırılmasına dair Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə edilmiş razılaşmanın başlıca nəticəsi münaqişə zonasında situasiyanın stabilləşməsidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

“2020-ci il noyabrın 9-dan keçən az qala bir ilin başlıca nəticəsi ondan ibarətdir ki, stabillik təmin olunub, qorunub saxlanılır və Rusiya sülhməramlı kontingenti buna imkan yaradır, hansısa zorakı hərəkətlər biz hazırda müşahidə etmirik. İlkin mərhələdə olan xırda insidentlər tezliklə həll olundu. Bir daha qeyd edirəm: indi orada situasiya stabildir, hərçənd, əlbəttə, problemlər də az deyil”,-Lavrov qeyd edib.

Rusiya xarici işlər naziri onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Bakı və Yerevanla “Dağlıq Qarabağ regionuna işçi səfərlərin bərpa edilməsinə dair” razılıq əldə ediblər.

“Sözün əsl mənasında bu günlərdə Rusiya, ABŞ və Fransadan olan üç həmsədr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdülər. Onlar, mənim başa düşdüyüm qədər, regiona Azərbaycan, Ermənistan nümayəndələri ilə yerində görüşmək üçün səfərlərini bərpa etməyi razılaşdırıblar, o cümlədən Stepanakertdə (Xankəndi,-red.) görüşlər planlaşdırılıb”, - Rusiya xarici işlər naziri əlavə edib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »