Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağış yollarda hərəkəti iflic edib - Video
Yağış yollarda hərəkəti iflic edib - Video

Bu gün səhər saatlarından başlayan yağış Bakının bir çox küçələrində acınacaqlı vəziyyət yaradıb.

Bizimyol.info xəbər verir ki, yağan güclü yağış nəticəsində şəhərin bir çox mərkəzi küçələri yağış suları altında qalıb. Nəticədə piyadaların və maşınların hərəkətində maneələr yaranıb. Nəqliyyatın hərəkəti iflic olub.

Şəhərin ayrı-ayrı ərazilərindən videolar gəlməkdə davam edir. Göndərilən videolardan biri Binəqədi rayonunda qeydə alınıb. Sözügedən ərazi 314 nömrəli məktəbə gedən yoldur. Videodan da göründüyü kimi valideynlər övladlarını məktəbə apara, yağış sularından yaranmış çayı keçə bilmək üçün onları qucağında daşımalı olurlar.

Həmin görüntüləri təqdim edirik:

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »