Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevdən mühüm Rusiya açıqlaması
İlham Əliyevdən mühüm Rusiya açıqlaması

Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib. Bunların arasında Azərbaycanın Rusiya ilə münasibətlərinə dair açıqlamalar da xüsusi önəm daşıyır.

Prezident Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına cəhdlər haqqında açıq danışdı. Ermənistanın və Rusiyanın müdafiə nazirlərinin görüşündən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqunun guya Ermənistanı yenidən silahlandırmağa start verilməsi haqqında bıəyanat verdiyi haqda məlumatlar yayıldı. Azərbaycan Prezidenti deyir ki, bununla bağlı dərhal Rusiyaya sorğu göndərilib və cavab alınıb:

“Bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir... Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxartdıq”.

Prezidentin sözlərindən məlum olur ki, Ermənistan öz təbliğatında hətta başqa dövlətlərin, o cümlədən, Rusiya kimi böyük dövlətin rəsmi şəxslərinin adından istifadə edir. Bu faktın Prezident səviyyəsində açıqlanması Ermənistanın istər təbliğat resurslarının yaydığı məlumatlara, istərsə də rəsmi İrəvanın özünün rəsmi bəyanatlarına dünyada etimadı azaldır. Eləcə də, Prezident Rusiyadakı erməni lobbi qruplarının da Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışdığını önə çəkib.

Burda iki maraqlı fakt var: birincisi, Ermənistan verilməyən bəyanat, deyilməyən söz uyduraraq Rusiya rəsmilərinin adından istifadə edir. Belə bir vəziyyətə düşüb ki, artıq öz xeyrinə yalan quraşdırıb, başqa ölkələrin rəsmi şəxsləri adından yayır. Yəni Ermənistan hətta öz müttəfilərindən belə heç də təbliğatında iddia etdiyi səviyyədə dəstək ala bilmir. O cümlədən və xüsusilə, Rusiyadan. Bunu münaqişədən əvvəlki, münaqişənin getdiyi və postmünaqişə dövrlərində müşahidə edirik. Rəsmi İrəvanın Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə daxil etmək cəhdlərinin seriya uğursuzluqları da buna sübutdur.

Ermənistanla Rusiya hərbi-siyasi müttəfiq olsalar da, aralarında kifayət qədər etimadlı münasibət yoxdur; bu müttəfiqlik, sadəcə, kağızdadır. Ancaq bunun əksinə olaraq, Prezident İlham Əliyevin dediyi kimi, Rusiya ilə Azərbaycan arasında təcili həll edilməli heç bir problem yoxdur, ortaya çıxan məsələləri də dərhal müzakirə və həll etmək üçün zəruri, opretiv diplomatik əlaqələr var.  Bunun əsas səbəbi odur ki, Azərbaycan Rusiya da daxil olmaqla qonşu dövlətlərlə, eləcə də, bütün xarici dövlətlərlə açıq diplomatiya aparır (Bunun misalı kimi, elə bu günlərdə İranla bağlı verilmiş bəyanatı da göstərmək olar).

Azərbaycan bütün tərəflərlə bütün məsələlər haqda açıq danışa bilir. Ermənistanın isə siyasəti ikibaşlı, üçbaşlıdır... Bir yandan Rusiya ilə müttəfiq olduğunu xüsusi vurğulayır, o biri tərəfdən isə, anti-Rusiya mövqeyindən bəyanatlar da verir, addımlar da atır. Prezident Əliyev bu müsahibəsində əslində rəsmi İrəvanın ən yaxın müttəfiqi olan Rusiya ilə münasibətləri üzərindən Ermənistanda dövlətçiliyin süqut etdiyini isbatlayır. İlham Əliyev deyir ki, dövlətçiliyin atributlarından biri də verilən rəsmi bəyanatlarla atılan addımların bir-birinə uyğunluğudur. Bu isə Ermənistanda yoxdur. Yəni Ermənistanı idarə edənlərdə dövlət təfəkkürü yoxdur. Bu, həm də Rusiyaya mesajdır ki, Ermənistanın verdiyi sözlərin, üçtərəfli bəyanatdakı öhdəliklərin məsuliyyətini də daşıyan tərəf, əslində, rəsmi İrəvan özü deyil. Buna görə Azərbaycan razılaşmalara əməl edilməsi ilə bağlı suallarını daha çox Rusiyaya ünvanlayır. Ermənistanın və onun siyasi hakimiyyətinə sponsorluq edən güclərin də Rusiya-Azərbaycan münasibətlərini pozmaq ehtirasının qaynağı nəhz budur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »