Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Brilyant alarkən nələrə diqqət yetirməli...
Brilyant alarkən nələrə diqqət yetirməli...

Bütün qadınlar evlilik zamanı heç olmasa ona bir tək qaş brilyant üzüyün hədiyyə edilməsini gözləyir. Hədiyyə ediləcək üzüyün qaşının böyüklüyü, parlaqlığı, çəkisi də qadınlar üçün önəm daşıyır. Təəssüf olsun ki, çox zaman səadətinin bir üzükdə olacağını düşünən əksər qadınlar, əslində brilyantın sadəcə bir daş olduğunun fərqində deyil. Brilyant da daşdır. Sadəcə olaraq brilyant yaxşı kəsilmiş daşdır. Yəni, hər bir brilyant üzərində insan əməyi var.

İndi sizə ən çox arzulanan daşın xüsusiyyətlərindən danışacağıq. Brilyant alanda nəyə üstünlük verməli, ən bahalı və nadir tapılan brilyant hansıdır və s. bu kimi suallarına cavab axtarırsınızsa, oxuyun...

Brilyant almas mədəninin müəyyən formada kəsilməsilə əldə edilən daşın kəsilmə formasıdır. Yəni almaz, brilyantın xam maddəsidir. Almazın 57 səhtə malik kəsilməsi ilə brilyant əmələ gəlir. Brilyant baxan zaman hamısı eyni görünsə də heç bir brilyant digərinin eynisi deyil.

Brilyantın xüsusiyyətləri barədə Bizimyol.info saytına zərgər Elşən Əsgərov danışıb. Onun sözlərinə görə, brilyant 4 xüsusiyyətinə görə müəyyən edilir. 4 xüsusiyyət brilyantı sinifləndirən zaman istifadə edilən kəsim, rəng, parlaqlıq və karat ağırlığı nəzərdə tutulur.

"Brilyant alan zaman bu xüsusiyyətləri nəzərə almağınız tövsiyyə edilir. Brilyantın parlaqlığı və gözəlliyi bu 4 faktordan asılıdır. Brilyantın kəsimi daşın simmetriyası və ölçüsü ilə əlaqəli bir xüsusiyyətdir. Kəsim forması brilyantın parlaqlıq vermə və işığı kəsmə xüsusiyyətini müəyyən edir. Daş qüsursuz rəng və parıltıya sahib olsa belə, kəsim düzgün aparılmasa mat bir daş parçasına çevrilər. Düzgün şəkildə kəsilmiş brilyantın bir tərəfindən daxil olan işıq digər tərəfində əks olunur və tac deyilən üst hissəyə yayılır. Düzgün şəkildə kəsilən brilyant, işığı ən yaxşı şəkildə qəbul edib əks etdirən brilyantdır.

Karat, brilyantın ağırlığını bildirir. Karat qramın 5/1-dir. Bir karat 200 milliqram deməkdir Bir karat 100 point, 0,25 karat isə 25 point deməkdir.

Zərgər deyir ki, brilyantı qiymətləndirmə mərhələsində böyüklük əhəmiyyətli rol oynayır. Ancaq onu da nəzərə almaq lazımdır ki, eyni böyüklükdə olan iki fərqli brilyant keyfiyyətləri ilə əlaqədar olaraq müxtəlif qiymətlərlə qiymətləndirilə bilər. Və eyni zamanda iki eyni ağırlıqda olan brilyant eyni qiymətdə olmaya da bilər."

E.Əsgərov bildirir ki, bütün brilyantların tərkibində təmiz karbon zərrəcikləri var. Bunlar brilyantı əvəzedilməz daşa döndərən zərrəciklərdir və ləkə adlanırlar. Brilyantların parlaqlığı da bir-birindən fərqli olur. Brilyant həddən artıq istilik və sıxılma altında meydana gəldiyi üçün bu yaranma prosesində digər elementlərin zərrələri də brilyantların atomuna daxil ola bilir. Bu zaman isə rəng müxtəlifliyi meydana gələ bilər. Brilyantlar tünd sarıdan, parlaq ağa qədər rənglərdə olur. Brilyantlar rənginə görə sinifləndirilir. Belə ki, bu gün olan brilyantların çoxu H-L sinifinə aiddir. Ən nadir brilyantlar isə ağ olan D, E, F və G brilyantlardır.

Nadir şəkildə tapılan brilyantlar da mövcuddur. Bunlar mavi, çəhrayı və sarı brilyantlardır. Bu rənglərdən ən dəyərlisi çəhrayı brilyantdır.

Brilyantın parlaqlığı necə olmalıdır...

Təbiətdə qüsursuz çox az brilyant var. Və onların dəyəri olduqca bahadır. Brilyantın üzərində olan çatlar, ləkələr xarici elementlər tərəfindən yaranır. Brilyantın parlaqlığı, ləkələrin sayı, böyüklüyü, rəngi daşın harasında olması və görünməsi ilə müəyyən edilir. Ləkələr və kirlilik parlaqlığa təsir edən amillərdir. Brilyantın parlaqlığına 10x böyüdücü şüşə ilə baxılaraq qərar verilir.

Brilyant alarkən nələrə diqqət yetirməli...

Zərgər deyir ki, brilyant alarkən tanınan, marka olan şirkətlərin məhsuluna üstünlük verilməlidir. Briliyantın 4 faktorlu sertfikatı brilyantın qiymətini və keyfiyyətini müəyyən edir. Bəzi firmalar inkişaf etmiş olsalar da bu sertifikatlardan istifadə edə bilir. Sertifikat bir daşa verilən sənəddir. Və sizə heç bir zəmanət vermir.

"Alacağınız brilyantı seçməmişdən əvvəl bir neçə alternativlərə baxın. Bu zaman siz qiyməti müəyyən edə bilərsiniz. İnternet üzərindən brilyant almaq tövsiyyə edilmir. Sırğa, qolbaq, boyunbağı və s. üçün istifadə edilən brilyantlar eynidir. Sadəc kəsim olaraq fərqli ola bilər", - deyə zərgər vurğulayıb.

Hazırda brilyantın satışına gəldikdə isə, o qeyd edib ki, bu gün Azərbaycanın qızıl-brilyant bazarında brilyanta tələbat çox azdır. Bunun isə müəyyən səbəbləri var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »